"Buick" yeni "LaCrosse" sedanını təqdim edib - FOTO

Buick LaCrosse, Çindəki GM studiyası tərəfindən hazırlanıb və onun dizaynı artıq bir sıra yeni modellərdə istifadə olunan Pure adlanan yeni korporativ dizayn üslubunda həll edilib. Bu dizaynın xarakterik xüsusiyyətləri köpəkbalığı burnu üslubunda ön tərəf, mənfi bucaqlı mailliyi olan geniş radiator barmaqlığı, həmçinin böyük köpək dişləri şəklində olan baş optikasıdır.
Avtosfer.az xəbər verir ki, nəsil dəyişikliyi ilə sedanın uzunluğu 32 millimetr (4996 millimetr) azaldılıb, eni dəyişməyib (1866 millimetr), hündürlüyü isə 10 millimetr (1469 millimetr) artırılıb. Təkər izi öndə 8, arxada isə 9 millimetr genişləndirilib.
Yeni sedanın salonunun bütün istiqamətlərdə daha geniş olduğu bildirilir. Sələfinin mühafizəkar üslubundan iz belə qalmayıb: LaCrosse cihazlar paneli və media sisteminin məlumatlarını göstərən 30-düymlük, 6K icazəli əyri Eyemax ekranına malikdir. İdarəetməyə Snapdragon 8155 mikroçipi cavabdehdir, 5G bağlantısı və havadan yeniləmə funksiyası var.
Çində dördüncü nəsil Buick LaCrosse yayda satışa çıxarılacaqdır. Hazırda sedan 32-42 min dollar arasında dəyişən qiymətlərlə təklif olunur. Yeni model də bu qiymət diapazonunu qoruyub saxlamalıdır.


autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












