«Cherry» yeni ucuz elektromobilini - TƏQDİM ETDİ – QİYMƏT - GÖSTƏRİCİLƏR - FOTO

400 kilometr gediş məsafəsi, 95 at gücü və ucuz qiymət.
Avtosfer.az xəbər verir ki, Çinin «Chery» şirkəti özünün ucuz qiymətə olan «QQ Wujie Pro» elektronmobilini təqdim edib.
Qiyməti 12500 dollar olan elektronmobilin göstəriciləri olduqca cəlbedicidir.
Belə ki, hətta baza varinatında maşının gediş məsafəsi 301 kilometr təşkil edir, daha bahalı variantda isə bu məsafə 408 kilometrdir. Uzunluğu 3,4 metr olan «QQ Wujie Pro»nun 3 qapısı var, təkər bazası (təkər oxlarıarasında məsafə) 2160 mm təşkil edir, təkərlər isə 16 düymdür.
Yeni elektromobildə qapının tutacaqları müasir stildə yığılıb – onlar qapının içərisində cizlədilib.
Maşının içərisində iki ekran var – 12,9 düymlük qarşı panel və7 düymlük cihazlar paneli.
Baza versiyasında «QQ Wujie Pro»nun mühərriki 75 at gücündə, akkumulyator tutumu 28,86 kVt·saatdır. Daha bahalı variantda isə mühərrik 95 at gücündədir, akkumulyator tutumu isə 40,3 kVt·saatdır.
Tez yükləmə terminatı vasitəsilə avtomobilin elektrik yüklənməsinin 50%-ni cəmi yarım saata etmək mümkündür.




ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












