"Chery" şirkəti "Tiggo 5x" krossoverini yeni mühərrik ilə təchiz edib

Çin bazarında 2023-cü model ilin Tiggo 5x krossoverinin satışlarına start verilib. Əsas təkmilləşdirmə 1,5-litrlik atmosfer mühərrikinin artırılmış hasilatı olan eyni həcmli güc aqreqatı ilə əvəzlənməsidir. Mühərrik, əvvəlki kimi, 5-pilləli mexaniki ötürmələr qutusu və ya variatorla təchiz edilə bilər. Yeri gəlmişkən, pilləsiz transmissiya da təkmilləşdirilib
Hasilatdakı dəyişiklik cüzidir: mühərrikin gücü 116-dan 120 at qüvvəsinə, fırlanma anı isə 143-dən 148 Nm-ə qədər yüksəldilib. Atmosfer mühərrikinin xarakteri də dəyişməlidir: əvvəllər maksimum güc 6150 dövr/dəqiqədə əldə edilirdisə, indi isə onun 6300 dövr/dəqiqəyə qədər fırlanması lazımdır. Fırlanma anının pik həddi 4000-də deyil, 4900 dövr/dəqiqədə əlçatan olacaqdır.
Dəyişikliklərin ciddiliyi indeksin dəyişməsi və iş həcminin 1499-dan 1498 kubsantimetrə qədər azalması ilə təsdiqlənir. Restyalinqdən sonra variatorun nişanlanması da dəyişib: bu, CVT18 deyil, onun təkmilləşdirilmiş analoquolan CVT25 variatorudur. Turbomühərrikin və variatorun birləşməsi dəyişməyibr: 1,5-litrlik mühərrik eyni 156 at qüvvəsi və 230 Nm hasil edir.
Chery Tiggo 5x modelinin görünüşündəki təkmilləşdirmələr dekorla bağlıdır: disk çeşidi genişləndirilib, interyer tərtibatının yeni variantları peyda olub.
Çində satılan krossoverin interyerində Jaguar Land Rover üslubunda klimat-kontrol blokunu, transmissiyanın qeydə alınan coystikini görmək olar. Perpendikulyar düzülüşü olan qadcetləırin simsiz doldurulması sistemindən isə artıq keçən ildən istifadə olunur.
Səma İmperiyasında yenilənmiş Chery Tiggo 5x modelinin cəlbedici qiymətləri qorunub saxlanılıb. Kapotunun altında yeni atmosfer mühərriki olan model 70-90 min yuana (17-22 min manat), turbomühərrik və variator ilə təchiz edilmiş top versiya isə 96 min yuana (23 min manat) başa gələcəkdir.
autograph.az
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI
Rus “Toyota”sına maraq azdır
36 il əvvəlin “VAZ”ı – 6900 dollara satılır










