Çin istehsalı maşınların müsbət və mənfi cəhətləri açıqlandı - FOTO

Avtomobil bazarında getdikcə daha çox Çin markası görünməyə başlayıb. Son 20 il ərzində onlar uzun bir yol qət ediblər - keyfiyyətləri getdikcə yaxşılaşır, lakin xarakterik “xəstəlikləri” var.
Bu barədə Rusiya Milli Avtomobil İttifaqının vitse-prezidenti Yan Haytsyeer danışıb.
Ekspertin sözlərinə görə, Çin avtomobilləri müasirdir, əla dizaynlıdır, bununla belə qiymətləri əlçatandır. Ancaq onların qiymətinin aşağı olması çoxlarının düşündüyü kimi təkcə kütləvi istehsalla bağlı deyil, həm də istehsal zamanı qənaətə (nazik metallar, aqreqatlar və s.) görədir.
“Məsələn, bəzən qutu ilə mühərrik arasında qeyri-kamil əlaqə olur, çünki bu ciddi mühəndislik işidir (hansı ki, avropalılar uzun illərdir bunun üzərində çalışırlar). Eyni şey asqıya da aiddir”, - deyə Haytsyeer əlavə edib. O da vurğulanıb ki, Çin istehsalı olan avtomobillərin istismar təcrübəsi kiçikdir, ona görə də onların nə qədər davamlı, təmirədayanıqlı və tələbsiz olduğu hələ məlum deyil.
oxu.az
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər












