Çin ürəkli rus “Pələng”i: Tərəqqi, yoxsa yerində sayma - FOTO

Avtodünya 14 Dekabr 2022 16:09 Oxunub 2036
Çin ürəkli rus “Pələng”i:  Tərəqqi, yoxsa yerində sayma  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Laçın yolunda 3 gündür davam edən etiraz aksiyasında rus hərbçilərinin istifadə etdiyi avtomobillər də tez-tez kameraların obyektivinə düşür. Bəs bu avtomobillər Azərbaycan ordusunun inventarındakı Gürzə, Matador və marauderlə müqayisə edilə bilərmi?
Elə başlayaq azərbaycanlılara çox da tanış olmayan “Tigr”dan.
Avtosfer.az xəbər verir ki, QAZ şirkəti bu avtomobili BƏƏ-dən olan şirkətin sifarişi ilə layihələndirsə də sonradan münasibət korlanır. Ərəblər işə başqalarını cəlb edərək “Nimr” adlı zirehli avtomobil layihələndirirlər. Bu maşın 5 ölkədə hərbi məqsədlə istifadə edilib və özünü doğruldub.
“Tigr”a (ГАЗ-2330) gəldikdə isə avtomobilin seriya ilə istehsalı 2005-də başlayır. Avtomobil “Cummins” və “Steyr” şirkətlərinin Çində istehsal edilmiş dizel mühərriki (Rusiyanın YaMZ mühərriki də tətbiq edilir) və ABŞ-ın “Allison” mexaniki və avtomat sürət qutuları ilə təchiz edilir. 
Çox güclü təbliğat kampaniyası nəticəsində ilk illərdə avtomobil yaxşı satılsa da, sonradan yalanlar üzə çıxır. Rus internet istifadəçilərinin təbirincə desək, avtomobilin layihələndirilməsinə sərf olunan 60 milyon dollar müqabilində çox da ciddi iş görülməyib. Sadəcə olaraq, BTR-in şassisinə müasir kuzov geyindirilib. Avtomobilin hətta zirehli versiyaları belə mina partlayışından qorumur. Bu avtomobildə olan heyət ən yaxşı halda avtomat atəşindən mühafizə edilir. Təkərlərin avtomatik doldurulma sistemi isə daimi təzyiqi təmin edə bilmir. Yəni, təkərə güllə dəydikdə avtomobil yerində qalacaq.
Sosial şəbəkədə avtomobillərin mülki versiyaları səsləndirilən fikirlər də göstərir ki, avtomobil sovet istehsalına xas qüsurlardan azad ola bilməyib. Yanacaq sərfi pasportda 16 litr göstərilsə də, reallıqda 30 litri keçir (Kamaz qədər). Kataloqda avtomat ötürmə göstərilsə də, belə transmissiyalı avtomobillər yalnız hərbi paradda olur. Halbuki digər ölkələrdə hərbi texnika intensiv şəkildə avtomat ötürməyə keçir. Səs izolyasiyası pisdir, salon kobud işlənilib (KamAZ-ın cigazlar lövhəsi), təkərlər isə Axilles dabanıdır. Avtomobildə ABS, kondisioner və elektrik şüşəqaldıran kimi avadanlıqlar opsiya kimi təqdim edilir. Elə ərəb ölkələrinin bu maşını almamasına başlıca səbəblərdən biri (bəlkə də birincisi) kondisionerin yoxluğu olub. 2001-ci ildəki sərgidə rus konstruktorlar ərəbləri ciddi-cəhdlə inandırmağa çalışırdılar ki, hərbi avtomobildə kondisonerə lüzum yoxdur. 
Ukrayna münaqişəsi bu rus texnikasının da real vəziyyətini üzə çıxardı. Yay aylarına olan statistikaya görə, qənimət kimi götürülmüş 30 “Tigr” Ukrayna ordusunda xidmət edir. “Javelin”lərin və PUA-ların hədəfi olan avtomoillərin sayı isə bəlli deyil. Bir sözlə, bu avtomobillər Azərbaycan, Türkiyə, İsrail və ABŞ ordularının inventarındakı maşınlarla yalnız xarici görünüşünə görə müqayisə edilə bilər. Ukraynalılar rus təbliğatının çox sevdiyi dünyada analoqu yoxdur şablonuna gözəl qafiyə tapıblar. Etik səbəbdən deyə bilmirik.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh