Çinin ən keyfiyyətli avtomobilləri açıqlandı - SİYAHI/FOTO

J.D. Power&Associates marketinq agentliyinin Çin bölməsi yeni avtomobillərin ənənəvi keyfiyyət reytinqini açıqlayıb.
Avtosfer.az bildirir ki, ümumilikdə bazar üzrə avtomobil sahiblərinin rastlaşdığı problemlərin sayı artıb. Hər 100 avtomobilə 213 narazılıq qeydə alınıb ki, bu da ötən ildən 2,8 dəfə artıqdır.
Çindəki avtomobil sahiblərinin əsas narazılıqları maşının xarici görünüşü və salondavkı qoxu ilə bağlıdır. Bu iki səbəblə bağlı narazılıqlar artıb. Əvəzində multimedianın işi ilə bağlı narazılıqlar azalıb.
Sorğunun nəticəsi olaraq Çin avtomobil istehsalçıları arasında keyfiyyəti reytinqinin lideri "Changan" olub - 100 avtomobilə 209 narazılıq. Sonrakı yerləri "Chery" və "GAC Trumpchi" (215 narazılıq) və "Geely" (216 narazılıq) tutur.
Çinin xarici şirkətlərlə birlikdə avtomobil istehsalını da nəzərə alanda keyfiyyət lideri "GAC-Honda" şirkəti olub - 100 avtomobilə 193 narazılıq.
Xatırladaq ki, "J.D. Power" şirkətinin tərtib etdiyi ənənəvi illik reytiinq 4 min nəfər arasında sorğunu əhatə edir və 247 brendlə bağlı keçirilir. (fed.az)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO















