"Çinin Teslası" uçan avtomobilini ilk dəfə sınaqdan keçirdi: Normal avtomobildə qanadları var

Teslanın Çinli rəqibi XPeng bu yaxınlarda ilk uçan avtomobil prototipini sınaqdan keçirdi. Avtomobilin dizaynı diqqət çəkib.
Elon Musk tərəfindən qurulan Tesla ABŞ və Avropa bazarlarında satış rekordları qırarkən, Çin avtomobil istehsalçıları Tesla ilə rəqabət aparmaq üçün qollarını çırmalayıb bir neçə fərqli rəqib şirkətlər qurdular. Bu şirkətlərdən biri olan XPeng Çinin Tesla-ya ən böyük rəqibi olaraq görülür.
İstehsal etdiyi elektrik avtomobilləri ilə diqqət çəkən XPeng, son 2 ildə inkişaf etdirdiyi eVTOL (Elektrik Şaquli Kalkış və Eniş) vasitəsinin ilk uçuş testini bu yaxınlarda həyata keçirdi. Bu testin ən diqqət çəkən məqamı Xpeng-in eVTOL avtomobili AeroHT-nin əlavə pərli avtomobilə bənzəməsidir.
2 illik inkişafdan sonra AeroHT-nin ilk istifadə edilə bilən prototipi ilk dəfə açıq havada sınaqdan keçirildi. Avtomobil elektrik avtomobilinə fotoşoplanmış nəhəng dron qanadlarına bənzəsə də, sınaqlar avtomobilin işlək olduğunu sübut etdi. Çinli avtomobil istehsalçısı bu vasitənin hələ də prototip olduğunu və qanadların birinci modeldə sabitlənəcəyini, mühəndislər də gələcək modellərdə qanadların qatlana bilən və çıxarıla bilən olmasını istədiklərini bildiriblər.
Biz əvvəllər çoxlu konsept işləri və uçan avtomobillərin prototiplərini görmüşük, lakin çox vaxt bu prototiplər avtomobillərdən daha çox mini helikopterlərə bənzəyirdi. XPeng-in eVTOL avtomobili isə indiyə qədər gördüyümüz ilk tam işləyən "avtomobil görünüşlü" uçan avtomobildir.
ted.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










