Citroen şaquli alın şüşəsi olan elektrokarı nümayiş etdirib

Avtodünya 3 Oktyabr 2022 17:59 Oxunub 1232
Citroen şaquli alın şüşəsi olan elektrokarı nümayiş etdirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu yaxınlarda loqotip və şüar dəyişikliyini həyata keçirən Citroen şirkəti Oli adlı konseptual elektromobilini nümayiş etdirib. Şaquli alın şüşəsi olan qeyri-adi avtomobil sadəcə bir şoukardır və onun seriya istehsalı nəzərdə tutulmayıb. Bununla belə, Oli təkcə yeni emblemi alan ilk Citroen avtomobili deyil, o həm də fransız markasının bundan sonra kiçik ölçülü və əlçatan elektromobillərə üstünlük verəcəyini göstərən vacib bir modeldir.

 

Citroen şirkəti Oli modelini elektronika ilə yüklənmiş ağır çəkili müasir elektromobillərin əksi kimi mövqeləndirilir. Citroen Ami şəhər avtomobilinin ruhunu daşıyan konsept, təkrar emal edilmiş yüngül materiallardan istifadə və nisbətən yığcam 40 kilovat-saatlıq batareya sayəsində tam təchizatlı halda cəmi 1000 kiloqram ağırlığa malikdir.

 

Citroen Oli konseptinin əsas xüsusiyyətləri dəyişdirilə bilən xarici kuzov panelləri (məsələn, təkər tağlarının genişləndiriciləri və bamperlər dəyişdirilə bilər), habelə şaquli alın şüşəsidir. O, standart pəncərələrə nisbətən daha kiçik, daha yüngül və istehsalda daha ucuzdur, lakin məlum məsələdir ki, aerodinamik müqavimətə mənfi təsir göstərir. Bununla belə, elektromobilin yüksək sürətli gedişlərə istiqmətləndiyi bildirilir.

 

Kuzovun bir sıra qeyri-struktur elementləri, çəkisi poladdan iki dəfə yüngül olan, lakin yetkin bir insanın ağırlığını tab gətirə bilən pətəkli kartondan hazırlanır. Avtomobilin çəkisini daha da azaltmaq üçün, 20-düymlük təkər disklərinin daxili çənbərləri alüminiumdan hazırlanır. Oli modelinin damında reylinqlər, arxa tərəfində isə pikapların platformalarını təqlid edən kiçik yük bölməsi var.

 

Salondakı oturacaqlar 3D çap texnologiyası ilə hazırlanıblar. Adi kreslolar ilə müqayisədə, belə oturacaqlardakı detalların sayı 80% daha azdır və buna görə də, onlar daha az çəkiyə malikdirlər. Ön paneldə nəhəng displeylər yoxdur - bəzi dizaynerlər bu tendensiyanın tezliklə yoxa çıxacağını proqnozlaşdırırlar. Salonda bir sıra fiziki açarlar, sadələşdirilmiş sükan çarxı və smartfonu qoşmaq olan nazik displey-cihazlar paneli var. Səsə yan tərəflərdəki çıxarıla bilən Bluetooth dinamikləri cavabdehdirlər.

Konseptin güc qurğusunun xarakteristikaları açıqlanmayıb, lakin onun maksimal sürət həddi məlumdur - 110 km/saat. Citroen Oli modelinin yürüş ehtiyatı 400 kilometrdir, sürətli yükləmə cihazının köməyi ilə, 23 dəqiqə ərzində, batareyanın enerjisinin 20-dən 80 faizə qədər artırmaq olar.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh