Dubayda minlərlə sürücüsüz taksi işə başlayacaq

Dubay hakimiyyəti 2030-cu ilə qədər şəhərin ictimai nəqliyyat infrastrukturunun bir hissəsinə çevriləcək 4000 sürücüsüz taksini işə salmağı planlaşdırır.
Bu barədə Dubay Yollar və Nəqliyyat İdarəsindən məlumat yayılıb.
Məlumata görə, qurum şəhər mühitində ilk beş avtonom taksini sınaqdan keçirməyə başlamaq üçün sürücüsüz avtomobil istehsalçısı “Cruise” ilə əməkdaşlıq edir.
İdarədən bildirilib ki, sürücüsüz kommersiya nəqliyyat vasitələrinin tətbiqi tıxacları, yol qəzalarının sayını və zərərli tullantıları azaldacaq.
Layihə çərçivəsində “Cruise” şirkəti “Chevrolet Bolt” əsasında sürücüsüz avtomobillərin bir neçə prototipini hazırlayıb ki, onlar şəhərin rayonlarından birinin ətrafında hərəkət edərək yollarda nəqliyyatın hərəkəti və sürücülərin davranışı haqqında məlumat toplayacaqlar.
Qeyd edək ki, 2021-ci ilin noyabrında BƏƏ hökuməti sürücüsüz avtomobillərin ictimai yollarda sınaqdan keçirilməsinə icazə verib. Bununla da BƏƏ Yaxın Şərqdə bir ilkə imza atıb. (oxu.az)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












