Dünyada ən çox satılan PİKAPlar - SİYAHI

Avtodünya 17 Mart 2024 10:00 Oxunub 904
Dünyada ən çox satılan PİKAPlar - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən il pikapların dünya satışları 3,9% artaraq 6,2 milyon maşına çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Focus2move” nəşrinin hesabatında deyilir.

Hesabatda 2023-cü ildə ən çox satılan pikapların siyahısı yer alıb.

Siyahıda, dünyada 40 ildən çoxdur ki, ən çox tələb olunan pikap “Ford F-Series” markası dəyişməz qalıb. “Ford F-Series”: 2023-cü ildə satışlar 13,4% artaraq 901 min ədədə çatıb. 

Satışlar sayəsində “Ford” pikapları dünya bazarının 14,5%-ni tuta bilib.

İkinci sırada “Chevrolet Silverado” yerləşib. “Silverado” modeli 2022-ci illə müqayisədə 6,6% çox alınaraq 640 min olub.

İlk üçlüyü isə “Toyota Hilux” pikapı tamamlayır. Onun satışları 7,7% azalaraq 571 min ədədə düşüb.

Top onluğda yer alan digər avtomobillərin satışları isə aşağıdakı kimidir:

4. “Ram Pickup” 520 min (-4,6%).

5. “GMC Sierra” 368 min (+21,3%).

6. “Ford Ranger” 299 min. (+2,4%).

7. “Toyota Tacoma” 258 min (-0,2%),

8. “Isuzu D-Max” 252 min (-5,0%).

9. “Toyota Tundra” 139 min (+19,6%)

10. “Fiat Strada” 128 min (+8,0%).

Bundan əvvəl “Skoda” 5 oturacaqlı 25 min avroya ən ucuz elektrik krossoveri “Epiq” nümayiş etdirmişdi.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh