Toyuna sərvət xərclədi; 3,4 milyon manat - FOTO - VİDEO

Dünyaca məşhur pop ulduzu Dua Lipa İtaliyanın Palermo şəhərində aktyor Kallum Ternerlə baş tutan dəbdəbəli toy mərasimi ilə gündəmin əsas mövzularından birinə çevrilib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 18-ci əsrə aid “Villa Valguarnera”da keçirilən mərasim təxminən 1,5 milyon funt-sterlinqə (təxminən 3,4 milyon manat) başa gəlib.
Cütlük daha əvvəl Londonda rəsmi nikah bağladıqdan sonra yaxın dostları və ailələri ilə ikinci, daha geniş mərasim təşkil edib.
Toyda musiqi dünyasının tanınmış simaları da iştirak edib. Qonaqlar arasında Çarli XCX, Mark Ronson və Teym İmpala üzvləri yer alıb. Gecənin ən böyük sürprizi isə səhnəyə çıxan musiqi əfsanəsi Elton Con olub. O, cütlük üçün “Your Song” ifa edərək mərasimə xüsusi rəng qatıb.
Dua Lipa mərasimdə “Bottega Veneta” imzalı gəlinlik və aksesuarlarla diqqət çəkib. Moda dairələrində onun gəlinliyinin Donatella Versace tərəfindən hazırlandığı iddiaları da yayılıb.
Toy mərasimi xüsusi menyu, məşhur aşpazların hazırladığı şam yeməyi və səhərə qədər davam edən əyləncə proqramı ilə yadda qalıb. Bildirilir ki, cütlük səs-küy və logistika səbəbilə narahatlıq yaşayan yerli sakinlərə minnətdarlıq məqsədilə kompensasiya da ödəyib.






3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












