Dünyanın ən çox silah satan şirkətləri – TOP 10

Pandemiya və iqtisadi böhranlara rəğmən bir sahə dayanmadan inkişaf edir. Söhbət hərbi sənayedən gedir. Dünyada silah istehsalı 2011-ci ildə də artan templə gedib.
Avtosfer.az xəbər verir ki, 2021-ci ildə dünyanın 100 ən böyük hərbi sənaye müəssisəsinin dövriyyəsi 592 milyard dolları ötüb. Bu da illik əsasda 1,9% artım deməkdir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu SIPRI-nin son hesabatına görə, yüz ən böyük silah şirkəti arasında ilk beşliyə ABŞ şirkətləri yerləşib.
Birinci yerdə qərar tutan “Lockheed Martin” şirkətinin dövriyyəsi ötən il 67 milyard dolları ötüb. İkinci yerdəki 42 milyard dollarla “Raytheon Technologies”, üçüncü yerdə 36 milyard dövriyyə ilə “Boeing” qərarlaşıb. 4-cü və 5-ci yerləri bölüşən “Northrop Grumman” və “General Dynamics” şirkətlərinin gəlirləri təxminən 32 milyard dollara çatıb.
Çin şirkətləri arasında ilk dəfə onluğa daxil ola bilib. Aviation Industry Corporation of China” şirkəti 6-cı yerdə qərarlaşıb. Ümumilikdə Çinin 8 şirkəti 109 milyard dollar dövriyyə ilə silah bazarının 6,3%-nə nəzarət edib. İlk onluğun 8 və 9-cu pillələrində də çinlilər qərarlaşıb.
7-ci yerdə qərarlaşan Britaniyanın “BAE systems” şirkətinin dövriyyəsi 26 milyard dollara yaxın olub.
Onluğu tamamlayan ABŞ-ın “L3Harris Technologies” şirkəti 14 milyard dollarlıq silah satıb.
Ilk yüzlükdə yer alan 27 şirkətin baş ofisi Avropada yerləşir. Ötən il onların dövriyyəsi 4,3% artaraq 123 milyardc dollara çatıb. Maraqlıdır ki, dövriyyə hər sektorda eyni olmayıb.
Ilk yüzlükdə yer alan 6 rus şirkəti 2021-ci ildə 18 milyard dollarlıq silah satıb. Bu da 2020-ci ildəkindən cəmi 0,4% çoxdur. Ekspertlər bunu Rusiya silah sənayesindəki ümumi geriləmə ilə izah edirlər.
Vüqar
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq











