Dünyanın ən güclü və sürətli krossoveri nümayiş etdirilib - FOTO

Avtodünya 22 Noyabr 2022 17:29 Oxunub 1070
Dünyanın ən güclü və sürətli krossoveri nümayiş etdirilib   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Amerikanın Drako Motors şirkəti 2028 at qüvvəli Dragon elektrik krossoverini nümayiş etdirib. Krossover italyan dizaynına, dördmühərrikli güc qurğusuna və mərkəzləşdirilmiş arxitekturaya malik olan bort elektronikasına sahib olub. Drako Dragon 60 mil/saat (97 km/saat) həddinə 1,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti 320 km/saatdan çoxdur.

Drako Dragon krossoveri çılğınlığı yeni zirvələrə qaldırıb. Elektromobili rəsmi olaraq Hyper-Luxury SUV seqmentinin tarixindəki ən yeyin, ən güclü və ən sürətli nümayəndəsi olub. Hasilat baxımından o, hətta kiçik seriya ilə buraxılan Aspark Owl yapon hiperkarıdan da üstündür və eyni zamanda, istisnasız olaraq, bütün dəbdəbəli krossover istehsalçılarının narahatçılığına səbəb olub. Bunda krossoverin qiymətinin əhəmiyyətli rolu var - 290 min dollar.

 

Bu məbləğə İtalyan dizaynı, amerikan yığımı və Quad Motor güc qurğusu daxildir. Elektrik mühərrikləri kvarteti 2028 at qüvvəsi hasil edir və “Əjdahanı”  60 mil/saata (97 km/saat) 1,9 saniyəyə sürətləndirir.

Elektromobil dörddə bir mil məsafəsini düz doqquz saniyəyə qət edir və onun maksimal sürəti 320 km/saat həddini keçir. Adi əyləclərin belə sürətin öhdəsindən gələ bilməyəcəyini hesaba alan şirkət, krossoveri öndə 10 porşenli, arxada isə altı porşenli supportları olan karbon-keramika əyləcləri ilə təchiz edib.

 

Krossoverin şassisi tamamilə karbondan hazırlanır. İki dəfə daha sərt və daha yüngül olan şassi, 676 kilometr yürüş məsafəsini təmin edən dartma batareyasının çəkisini kompensasiya edir. Xarici panellər biokompozitdən hazırlanır, ona görə də Dragon krossoverinin boş çəkisi 2254 kiloqramı keçmir.

Əvvəllər Pininfarina  atelyesində işləmiş Lovi Vermeerş elektromobilin görünüşünə cavabdeh idi. Onun sayəsində krossover qağayı qanadı formasında qapılara, ön və arxa qanadlardakı funksional hava kanallarına, damdakı LED projektorlarına sahib olub.

 

Drako Motors şirkətindən sürücü yönümlü interyeri inqilabi adlandırırlar. Ön paneldə ekranların səpələnməsi var (mərkəzdəkisinin diaqonalı 17,1 düymdür), bununa görə də, nə mərkəzi konsolda, nə də tuneldə fiziki düymələr yerləşdirilməyib.

Onların hamısı sükan çarxına keçib: burada dönmə işıqlarını və işıq texnikasını idarə edən düymələr, iki beşmövqeli coystik və iki proqramlaşdırıla bilən fırlanan açar var. Dragon modelinin təchizatına panoram dam, tənizmlənən ətraf işıqlandırması, karbondan ön oturacaqlar və arxa sərnişinlər üçün nəzərdə tutulmuş əyləncə sistemi daxildir.

 

Krossoverin multimedia sistemi Drako DriveOS platformasında işləyir. Eyni kompüter batareyanın doldurulmasına və onun istiliyinin tənzimlənməsinə, güc qurğusuna və USB-şinaya bağlı olan köməkçi elektronikasına nəzarət edir.

Mərkəzləşdirilmiş arxitektura naqillərin bir hissəsindən imtina etməyə imkan verib, siqnal gecikmələrini nanosaniyələrə endirib və bort sistemlərinin ümumi sürətini artırıb. Drako DriveOS sistemi hətta quraşdırılmış kibertəhlükədən müdafiə və təbii ki, havadan yenilənmə funksiyalarına malikdir.

 

Drako Dragon həmçinin 500 kilovata qədər doldurma gücünü dəstəkləyir, 23-düymlük təkər diskləri və üç mövqedə qeydə alınan adaptiv asqı ilə təchiz olunub. Standart Tarmac rejimində klirens 163 millimetr, Cruise rejimində 213 millimetr təşkil edir.

Maksimal 315 millimetrlik hündürlük Overland rejimində əldə edilir. Bu, dördmühərrikli güc qurğusu ilə birlikdə “Əjdahaya” təkcə adi yollarda deyil, həm də yolsuzluqda özünü inamlı hiss etməyə imkan verir.

Drako Dragon modelinə sifarişlər artıq qəbul olunur. Adi krossover üçün 500 dollar, 99 First Edition seriyasından olan hər bir krossover üçün 5000 dollar beh tələb olunur. Krossoverin istehsalına yalnız 2026-cı ildə başlanacaqdır. Drako Motors hər il 5000 elektromobil istehsal etməyi planlaşdırır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh