Dünyanın ən yaşlı taksi sürücüsü və yarım əsrlik avtomobili - FOTO

Livanlı Ömər Çuxri Əlçaar 1955-ci ildən taksi sürücüsü işləyir. Son 48 ildə isə onun cəmi vatomobili olub: “Mercedes-Benz 190 W110”.
Avtosfer.az-ın xəbərinə görə, Almaniyanın “Deutsche Welle” televiziyası Livanın Bakhun şəhərində işləyən 89 yaşlı taksi sürücüsü barədə reportaj hazırlayıb.
Jurnalistlər bildirirlər ki, Ömər 1955-ci ildə 21 yaşında ikən sürücülük vəsiqəsi alıb və həmin gündən taksi fəaliyyətinə başlayıb. 1975-ci ildə isə 1963-cü il istehsalı olan “Mercedes”i alıb. Avtomobil artıq 1 milyon kilometrdən çox yol qət edib.
Avtomobilin təxminən yarım əsr yaşı olsa da, əsas detallar orijinaldır. Ancaq salona baxdıqda zamanın avtomobilə qalib gəldiyi hiss olunur.
Avtomobil qonşu ölkələri gəzib, hətta bir dəfə İstanbula 1400 km yolu gedib və qayıdıb. Avtomobilin baqajında çox sayda detal gəzdirən sürücü maşından şikayət etmir.
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














