Əfsanəvi Corolla-nın yenilənmiş versiyası və yepyeni Corolla Cross modeli sevənləri ilə görüşdü! - FOTO
28 mart Gürcüstanın Acarıstan bölgəsində yenilənmiş Toyota Corolla və Toyota ailəsinin tam yeni üzvü Corolla Cross avtomobilsevənlərlə görüşüb. Burada “Hər kəs üçün Corolla” şüarı altında təqdim edilən, üslub, texnologiya, performans və sürüş cazibəsini gücləndirən 2023 modelləri barədə ətraflı məlumat verilib. Təqdimatda Azərbaycan deleqasiyasından avto və “lifestyle” bloggerlər iştirak edib. Tədbir zamanı iştirakçılara 12-ci nəsil Corolla dizaynının eksteryer və interyer yeniləmələri barədə detallı məlumatlar tədqim olunub. Daha sonra C-SUV sinfinə aid, ailənin yeni üzvü Corolla Cross modeli barədə danışılıb. Məlumatlandırma tamamlandıqdan sonra dəvətli qonaqlar iki yeni avtomobilin test yürüşündə iştirak ediblər. İştirakçıların yenilənmiş Toyota Corolla-nın fərqlərini hiss etməsi üçün yürüşdə köhnə modeldən də istifadə edilib.
Yenilənmiş Corolla üslub, texnologiya, performans və sürücülük həzzini gücləndirir!
Zamanla uyğunlaşmaq Corolla modellərinin prioritetlərindəndir. Yarım əsrdən çoxdur sürücülərin ehtiyac və seçimlərini nəzərə alan bu model dəyişikliklərlə rahat şəkildə ayaqlaşır. 1966-cı ildən bəri 12 nəsil təqdim edən Corolla bu yolla 50 milyondan çox satış rekordu əldə edib.
Yenilənmiş Corolla modeli sürücülük həzzini yeni eksteryer xüsusiyyətləri, təqdim etdiyi rəng seçimləri, dizaynı, uyğunlaşdırılmış interyer bəzək, üzlük və bitirişləri ilə daha da gücləndirir. Bu avtomobil daha çox güc, daha çox sürücülük təcrübəsi və performans təmin edən yeni beşinci nəsil Toyota hibrid elektrik texnologiyasına malikdir. Dörd müxtəlif rejimdə fərdiləşdirilən 12,3 düymlük kombimetr və yeni, tam ölçülü 10,5 düymlük multimedia ekranı ilə sürücülərə təkmilləşdirilmiş rəqəmsal istifadəçi təcrübəsi təqdim edir.
1,8 litrlik hibrid mühərrikin ümumi gücü artıq 140 DIN at gücünə bərabərdir. Bu da 0-100 km/saat sürətini 1,7 saniyəlik azalma ilə 9,2 saniyəyə salır. Bu performans artımına baxmayaraq, CO2 emissiyasının dəyişməyib 102 q/km olması gözlənilir.
Praktik ailə avtomobili, yepyeni Toyota Cross modelini qarşılayın!
Corolla ailəsinə görünüşü və genişliyi ilə böyük ailələrin əlverişli seçiminə çevriləcək Toyota Cross qoşuldu. Burada istifadəçiyə daha çox güc, yüksək yanacaq və dövriyyə səmərəliliyi təqdim edən, Toyota-nın ilk dəfə tətbiq etdiyi beşinci nəsil özü şarj olan hibrid elektrik sistemi də yer alır. Avtomobilin yeni elektron platforması 12,3 düym tam dijital kombimetr, Toyota Smart Connect Multimedia ekranı və səsli əmr ilə 10,5 düym yüksək keyfiyyətli əylənmə-öyrənmə paketli sensor ekrana malikdir. Bu yeni modeldə ən son nəsil, yeni və təkmilləşdirilmiş funksiyaları ilə təhlükəsizlik və sürücülük assistenti T-Mate güclü qorunma nümayiş etdirir.
Corolla Cross modeli 2 litrlik hibrid mühərrikə sahibdir. 2 litrlik hibrid mühərrikin gücü 197 at gücü/145kVt-a çatıb. Bununla da CO2 emissiyasını 113 və 120 arasında saxlayıb 0-100 km/saat sürəti 7,6 saniyəyə qət edə bilir.
Corolla Azərbaycanda da daim sürücülər tərəfindən rəğbət bəslənən, tələb olunan və yüksək satış rəqəmlərinə çatmış bir modeldir.
Bu avtomobilləri yalnız rəsmi distribütorlardan əldə edə bilərsiniz: Toyota Bakı Mərkəzi - telefon: +994502409410; +994554096802; Toyota Abşeron Mərkəzi - telefon: +994552060001; +994553535137; Toyota Gəncə Mərkəzi - telefon: +994508052020;