Elektromobillər üçün yeni tormoz diski
Avro-7 standartlarının əsas tələblərindən biri də tormozlama zamanı ətraf mühitə atılan yonqarın həcmini azaltmaqdır.
Avtosfer.az xəbər verir ki, “Continental” şirkəti yeni tormoz diski layihələndirib. Yeni disklər 3 il sonra elektromobillərdə tətbiq ediləcək.
Tərkibi açıqlanmayan detalın kütləsi ənənəvi tormoz qəlibindən 2 kq yüngül, qalınlığı da kifayət qədər azdır. Səbəb məlumdur: sürücü ayağını akseleratordan çəkdikdə elektromobil öz-özünə tormozlanır. Hərəkət edən avtomobilin yaratdığı enerji batareyanın dolmasına sərf edildiyi üçün (rekuperativ tormoz) sürət azalır. Buna görə də tormozdan istifadə tezliyi də azalır. Son nəticədə klassik avtomobildəki qədərqalın və ağır detala ehtiyac qalmır.
Yeni tormoz sistemi həm də batareyanın resursunu 1%-dək artırmağa imkan verir.
Vüqar
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












