Ərdoğan: “Mərhum Erbakan “Devrim” avtomobilini istehsal etdi, biz isə dövrün maşınını hazırladıq” - VİDEO

“Togg”un istifadəsindəki komforta bu günə qədər heç bir maşında şahid olmamışam, buna xidməti avtomobilim də daxildir. Həqiqətən, rahatlığı çox yüksəkdir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanın “Anadolu” rəngli “Togg” elektromobilini idarə edərkən görüntüləri yayılandan sonra sürücülük təcrübəsi ilə bağlı sualı cavablandırarkən deyib.
O, ölkə boyu intensiv şəkildə enerji doldurma stansiyalarının qurulduğunu vurğulayıb.
“Ölkəmizə xeyirli olsun”, - deyə dövlət başçısı əlavə edib.
Azərbaycanlı həmkarı Prezidenti İlham Əliyevə də “Togg” markalı avtomobilin göndərildiyini xatırladan Ərdoğan onun da məmnun qaldığını bildirib:
“İlham bəy də məmnuniyyətini ifadə etdi və “çox, çox gözəl maşındır”, - dedi.
Ərdoğan qısa müddətdə “Togg” markalı avtomobil üçün 177 min sifariş aldıqlarını xatırladıb.
“Bu böyük dövlətin, bu əziz millətin yerli və milli avtomobil markasının olmamasının kədərini hər zaman yaşamışıq və bu, bizim məsuliyyətimiz idi. Rəhmətlik müəllim (Türkiyənin sabiq baş naziri Necmettin Erbakan - red.) “Devrim” avtomobilini istehsal etdi, biz isə dövrün maşınını hazırladıq. Sürət, rahatlıq, təhlükəsizlik, nə axtarırsınızsa, “dövrün avtomobili” olan “Togg”da var”, - deyə o bildirib.
Xatırladaq ki, Türkiyənin ilk yerli elektromobili “Togg” aprelin 4-də Azərbaycan Prezidenti İlham Əliyevə də təqdim edilib. Mümkündür ki, yaxın perspektivdə “Togg”un Azərbaycana idxalı reallaşsın.
Bu o deməkdir ki, “Togg” Bakı-Ankara tandemini möhkəmləndirən strateji əlaqələrdə yeni istiqamət olacaq və avtomobili istehsal edən zavodun Azərbaycanda da müəssisəsi yaradıla bilər.
oxu.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












