"Ferrari Purosangue" modelinə növbəni 500 min dollara satırlar

Avtodünya 21 Sentyabr 2022 23:14 Oxunub 1182
"Ferrari Purosangue" modelinə növbəni 500 min dollara satırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tokyoda premium avtomobillərin satışı ilə məşğul olan diler mərkəzlərindən biri, bir neçə gün əvvəl təqdim edilmiş yeni Ferrari Purosangue modelini satışa çıxarıb. Diler 500.000 dollara qarşılığında müştəriyə yeni krossoveri ilk alanlardan biri olmağa imkan verəcək slotu təklif edir. Bununla belə, avtomobilin özünün qiymətinin bu məbləğə daxil olub-olmadığı məlum deyil.

Dilerin bildirdiyinə görə, təklif edilən Purosangue modeli 2023-cü ilin ikinci rübündə avtosalonun sərəncamına daxil olacaqdır. Satıcı krossoverin konfiqurasiyası da daxil olmaqla, digər detalları təqdim etməyib. Bəlkə də potensial alıcı modelin təchizatını özü seçməli olacaqdır. Eyni zamanda, Ferrari hələlik yeni modelin rəsmi qiymətini açıqlamayıb. Purosangue krossoverinin minimum 400.000 dollara başa gələcəyi gözlənilir.

Bununla belə, italyan brendi krossover üçün sifariş qəbulunu dayandıra da bilər. Ferrari şirkətinin satışlara cavabdeh olan direktoru Enriko Qalyera tələbin təklifi aşmaması üçün modelin buraxılışını dayandıra biləcəyini də qeyd edib. Eyni zamanda, italyan markası hər il təxminən üç min Purosangue istehsal etməyi planlaşdırır.

Keçən həftə Ferrari şirkətinin keçmiş rəhbəri Luka de Montezemolo yeni Purosangue modeli tənqid edib. Top menecerin sözlərinə görə, o, şirkətin maliyyə komponentini mühəndislikdən üstün tutmasından məyus olub.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh