"Ferrari" "Tailor Made" bölməsinin növbəti layihəsini təqdim edib - FOTO

Ferrari şirkəti Tailor Made proqramı çərçivəsində yaradılmış daha bir layihəni təqdim edib. Bu dəfə Maranelloda adı açıqlanmayan müştərinin sifarişi ilə Ferrari Roma kupesini fərdiləşdiriblər. Xatırladaq ki, Roma kupesi italiyan brendin ən əlçatan yeni modellərindən biridir, lakin fərdiləşdirmə hesabına onun qiyməti xeyli artıra bilər.
Tailor Made tərtibatına malik olan Ferrari Roma kupesi italiyan brendinin idman avtomobilləri üçün qeyri-adi sakit tərtibatı alıb. Kupenin kuzovu tünd qəhvəyi, demək olar ki, şokolad rənginə boyanıb. Əyləc supportları da təmkinli açıq gümüşü rəngədirlər.


Kupenin interyeri də tünd rənglərdədir. Salon tərtibatında qara və tünd boz dəri və alkantaradan istifadə edilib. İnteryerdə parlaq vurğular da mövcuddur: oturacaqlarda mis rəngli zolaqlar, ön panel və mərkəzi konsolda narıncı vurğular var.
Dekorativ panellər tünd Afrika qara ağacından hazırlanır. Texniki cəhətdən avtomobil dəyişməyib - arxaötürməli Ferrari Roma sportkarı 620 at qüvvəli 3,9-litrlik V8 turbomühərriki və 8-pilləli avtomatik transmissiya ilə təchiz edilir.
autograph.az
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












