"Fisker" "Ocean" krossoveri brutal versiyaya sahib olacaq

Fisker şirkəti Ocean elektrik krossoverinin Force E adlı brutal versiyasını buraxmağa söz verib. Şirkətin banisi Henrik Fiskerin iddialı layihəsi - Fisker Ocean elektrik krossoveri bu günə qədər seriyaya getməyib, lakin bu ona modelin yeni modifikasiyalarını anons etməyə heç də mane olmur.
Şirkət rəhbəri bu dəfə elektromobilin ciddi yolsuzluğa uyğunlaşdırılmasını təmin edəcək Force E paketini göstərib. Amerikalılar yeni təchizat dəstinin, Fisker Ocean modelini, öz sahibini standart krossoverin gedə bilmədiyi yerlərə apara biləcəyini iddia edirlər.
Ən ciddi təkmilləşdirmələrdən biri yeni amortizatorları alacaq dəyişdirilmiş asqı olacaqdır – bu yenilik elektromobilin klirensini və həndəsi keçid qabiliyyətini artırmağa imkan verəcəkdir. Xarici diametri 33 düym olan yolsuzluq şinləri taxılmış yeni 20 düymlük təkər diskləri də bu işə öz töhfəsini verəcəkdir.
Digər dəyişikliklərə krossoverin ön bamperdən arxa bamperinə qədər bütün altını tutan titandan hazırlanmış qoruyucu lövhə, ön və arxa elektrik yedəkləmə gözləri, həmçinin ön bamperdəki əlavə işıqlar daxildir.
Kuzovda Force E paketinə işarə edən dekorativ elementlər olacaq, xarici görünüş isə, damdakı əlavə baqaj qutusu ilə tamamlanacaqdır.
Tamötürməli Ocean Extreme və Ocean Ultra krossoverlərinin də Force E versiyasına çevrilə biləcəyi vəd edilir. Yeni əlavə paketin qiyməti açıqlanmayıb.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












