Ford F-Series Super Duty: superdizel və 18 tonluq qoşqu - FOTO

Yeni Ford F-Series Super Duty ailəsinin təqdimatı bir ay bundan əvvəl keçirilib, lakin pikapların əsas xüsusiyyətləri yalnız indi açıqlanıb. “Mavi Oval” alıcılarını məyus etməyib: Super Duty RAM 3500 HD modelinin yedəkləmə rekordunu qırıb və Chevrolet Silverado HD modelini də üstələyib.

Yeni Ford Super Duty tam çəkisi 18,143 kiloqram olan qoşqunu yedəyə almağa qadirdir. Bu isə, əvvəlki rekordun 1315 kiloqram yaxşılaşdırıldığından xəbər verir! Bununla belə, belə qoşqunu yedəyə alan pikap yalnız 507 at qüvvəsi və 1627 Nm fırlanma anı hasil edən turbodizel və opsional Max Tow paketi ilə təchiz edilmiş model ola bilər. Əsas şərtlərindən biri də qoşqunun kuzov dayağına Gooseneck sxeminə uyğun olaraq bağlanmasıdır.

Benzin versiyalarının alıcıları daha təvazökar texniki xüsusiyyətlərlə razılaşmaq məcburiyyətində qalacaqlar: 7,3-litrlik V8 Godzilla mühərriki ilə (436 at qüvvəsi, 658 Nm) təchiz edilmiş pikapın yedəyə aldığı qoşqunun maksimal çəkisi 9980 kiloqramdır ki, bu da öz sinifində rekord sayıla bilər. Ən əlçatan Ford Super Duty modeli isə, 411 at qüvvəsi və 603 Nm fırlanma anı hasil edən yeni 6,8-litrlik V8 mühərriki ilə hərəkətə gəlir.


Arxa ötürməli Ford F-Series Super Duty modelinin baza versiyası 44.000 dollara başa gələcəkdir. Tam ötürmə sistemi “ikinci” XLT təchizatından başlayaraq bütün pikaplar üçün standartdır. Qiymət cədvəli daha sonra dərc ediləcəkdir, lakin zəngin təchizatlı ağır pikapların təxminən 100 min dollara başa gələcəyi artıq aydındır. Pikapların müştərilərə çatdırılmalarına 2023-cü ilin yazında başlanmalıdır.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










