"Ford Mustang" sedan kuzovlu versiyaya sahib ola bilər

Xəbərlərimiz izləyənlər Ford şirkətinin yeddinci nəsil Mustang modelini təqdim etdiyini bilirlər. Amerikan istehsalçısı ənənəvi olaraq Mustnag modelini kupe və kabriolet kuzovu ilə təklif edir. Lakin tezliklə Mustang ailəsində başqa kuzova malik olan versiyanın peyda olma ehtimalı da var.
Ford şirkəti yeddinci nəsil Mustang ailəsini təqdimatı zamanı, bu model ilə bağlı bəzi materialları da dərc edib və onların arasında maraqlı bir eskiz də olub. Bu eskizdə təsvir olunmuş Mustang modellərindən biri son zamanlar dəbdə olan dördqapılı kupe kuzovuna malikdir. Qeyd etmək gərəkdir ki, eskizin müəllifi Ford şirkətinin şef-dizayneri Kristofer Stivensondur.


Dizayner Mustang sedanını eskizin sol aşağı küncündə yerləşdirib. Bu, fastbəkin kupelərdəki kimi alçaq damı və arxa qanada keçən əlavə iki qapısı olan uzadılmış versiyasıdır. Kuzov formasından başqa, dördqapılı kupe adi modeldən heç nə ilə fərqlənmir.
Bununla belə, Ford şirkəti Mustang ailsəini kupeşəkilli sedan ilə genişləndirmək niyyətinin olduğunu açıqlamayıb. Ford şirkətini konservativlikdə ittiham etmək olmaz - hazırda Mustang ailəsində Mach-E indeksli elektrik krossoveri mövcuddur. Odur ki, kupeşəkilli sedanın buraxılacağı da istisna edilmir.
autograph.az
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
69 ildir eyni avtomobili sürür
"BYD" "Tesla"nı geridə qoydu
"Mazda" rotor mühərrikini yenidən dövriyyəyə qaytarır
Köhnə sürücülərin yol yoldaşı: Hitler kanistri - FOTO
"Porsche" Hindistan şirkəti ilə milyardlıq müqavilə bağladı
Almaniyada “Audi” üçün servis problemi: Paralel ixracın fəsadı - FOTO
Almaniyada avtosənaye böhranı: Şirkətlər tibbi və hərbi sahələrə yönəlir
Çində 4 milyon elektromobil geri çağırılır – Səbəbi isə bu imiş
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI










