“Formula 1” mühərrikləri: Həcm və güc nisbəti - FOTO

Ötən əsrin 50-ci illərində avtomobil yarışları bərpa edildikdən sonra ən çox müzakirə edilən məsələlərdən biri, bir çox hallarda birincisi mühərrikin həcmi olub.
Avtosfer.az-ın xəbərinə görə, 1947-ci ildə yarış avtomobillərində kompressorsuz mühərriklər üçün həcm limiti 4,5 litr, basqılı mühərriklərdə isə 1,5 litr müəyyən edilib.
Sonrakı 60 il ərzində həcm, silindr sayı, yanacaq növü dəfələrlə dəyişikliyə uğrayıb. Hazırda qüvvədə olan normalar isə 2014-cü ildə F1 Strategiya Qrupu tərəfindən hazırlanıb. Bu reqlamentə görə:
- silindrlərin sayı 6-nı keçməməli, mühərrik V şəkilli olmalıdır;
- mühərrikin maksimal həcmi 1,6 litr olmalıdır;
- dövrlər sayı 15 000 dövr/dəqiqə ilə məhdudlaşdırılır;
- turbokompressora icazə verilir;
- rekuperativ tormozlamaya icazə verilir (yük avtomobillərindəki kimi işlənmişç qazların enerjisi ilə tormozlama);
- maksimum yanacaq sərfiyyatı 1 saata 100 kiloqramı keçməməlidir;
- standart yanacaqla bərabər, 5,75%-lik metanol qatılmış etilsiz benzinə də icazə verilir.
Həcm az olsa da, bəzi mühərriklər 1 000 at gücü hasil edə bilir. Bu mühərriklərin standart avtomobillərdə quraşdırılmaması isə başqa bir söhbətin mövzusudur.
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO















