G20 sammitinə gedəcək liderlərə TÖVSİYƏ: “Zirehli maşınlarınızı gətirin” - FOTO
Avtodünya
10 Noyabr 2022 19:45

İndoneziyada keçiriləcək G20 sammitinə gələcək dövlət başçılarına ölkədə belə maşınların sayının məhdud olması səbəbindən zirehli maşınlarını Bali adasına gətirmək tövsiyə olunub.
Avtosfer.az-ın xarici mediaya istinadla məlumatına görə, İndoneziya ev sahibi ölkə kimi sammit iştirakçıları üçün zirehli texnika hazırlamalı idi, lakin belə maşınların sayı məhduddur.
“Zirehli və ya gülləkeçirməz maşın istəyənlər də var. Onları özləri ilə gətirmələrini tövsiyə edirik. Və ya biz təmin edirik, lakin çox məhdud sayda. Beləliklə, biz onları birinci xahiş edənlərə verəcəyik. Belə müraciətlər çoxdur”, - İndoneziya Prezident Aparatının sözçüsü Seti Utama bildirib.
Digər məlumata görə, İndoneziyaya ABŞ prezidenti Co Baydenin zirehli “Cadillac One” avtomobili gətiriləcək.
lent.az
Oxunub : 1334
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 20:37
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
26 Sentyabr 2026 19:29
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
24 Sentyabr 2026 20:30
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
23 Sentyabr 2026 15:48
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
22 Sentyabr 2026 18:00
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
21 Sentyabr 2026 15:00
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
17 Sentyabr 2026 17:16
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
16 Sentyabr 2026 13:18
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
14 Sentyabr 2026 16:30
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
11 Sentyabr 2026 16:30
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
11 Sentyabr 2026 10:48
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
9 Sentyabr 2026 18:00
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
ŞƏRH YAZ












