"Geely" güclü və bahalı Haoyue L krossoverini təqdim edib - FOTO

Avtodünya 12 Noyabr 2022 23:00 Oxunub 1416
"Geely" güclü və bahalı Haoyue L krossoverini təqdim edib   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əgər bizə yaxşı tanış olan Geely Boyue/Atlas krossoveri Çində ildə 220-240 min alıcı tapırsa, daha böyük ölçülü Geely Haoyue modeli belə nəticələri əldə edə bilməyib. O, yerli bazara 2020-ci ilin yayında daxil olub, lakin 2021-ci ildə cəmi 39 min ədəd, bu ilin ilk doqquz ayında isə 21 min nüsxədən az satılıb. Buna görə də, Geely modeli bu modelin cəlbediciliyini artırmaq üçün restaylinqə deyil, başqa üsula əl atıblar – Çin istehsalçısı Haoyue L adlanan krossoverin təkmilləşdirilmiş və daha bahalı versiyasını hazırlayıb.

 

L prefiksi adətən avtomobilin uzadıldığına işarə edir, lakin Haoyue L istisnadır: onun təkər bazası cüzi 10 millimetr (2825 millimetr) artıb, arxada isə, artıq ən sadə asqı deyil, çoxqolli variant quraşdırılıb. Bu əvəzləmə klirensə də təsir edib: ümumi hündürlük dəyişməsə də (1840 millimetr), avtomobilin klirensi 200 millimetrə çatıb. Baza modelində klirens 190 millimetrdir.

Kuzovun ön və arxa hissəsi ciddi şəkildə yenidən işlənib. Kuzov panelləri əvvəlkilərdir, lakin başqa bamperlər, işıq texnikası və digər dayaq elementləri krossoveri nəinki dəyişdirib, həm də onu 25 millimetr uzun edib (4860 millimetr). Avtomobilin eni 10 millimetr artıb (1910 millimetr). Alıcılar iki və ya üç oturacaq sırası (beş və ya yeddi oturacaq) olan variantlardan birini seçə bilərlər.

 

İnteryer ciddi şəkildə yenidən işlənib - mərkəzi konsol əvəzinə yalnız ön panelin düyməli bloku olan aşağı hissəsi əvvəlki kimi qalıb. Sürücünün qarşısında 10,25-düymlük cihazlar paneli və multimedia sisteminin 12,3-düymlük displeyi var. Qapılar da daxil olmaqla, yumşaq örtüklərin sayı artıb.

Adi Geely Haoyue modeli yalnız şirkətin öz məhsulu olan 1,8-litrlik turbomühərrik (184 at qüvvəsi, 300 Nm) ilə təklif edilir. Sadə təchizat səviyyələrində olan krossoverlər 6-pilləli "avtomat", daha bahalı versiyalar isə ikimuftalı 7-pilləli "robot" ilə təchiz edilirlər. Yeni Haoyue L krossoveri Volvo şirkətinin 2,0-litrlik dördsilindrli Drive-E (218 at qüvvəsi, 325 Nm) turbomühərriki ilə təchiz olunur. Güc aqreqatı yalnız 7-pilləli “robot” ilə tandemdə çalışır. Ötürmə - yalnız ön oxadır.

Bütün dəyişikliklərdən sonra krossover nəzərəçarpacaq dərəcədə ağırlaşıb: 1730 kiloqram (baza modelinin çəkisi 1590 kiloqramdır). Maksimal sürət 210 km/saatdır. Krossover 100 km/saata 7,9 saniyəyə sürətlənir. Geely Haoyue L bu ilin sonunadək Çin bazarında satışa çıxmalıdır və o indi qiyməti 14-20 min dollar arasında dəyişən baza krossoverdən baha olacaqdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh