'Geely' konserni dəbdəbəli 'Zeekr 009' minivenini təqdim edib - FOTO
Geely holdinqinin yeni premium brendinin ilk modeli olan Zeekr 001 liftbəki ilk satış ilində 45 min nüsxəlik tirajla satılıb. Indi isə, Zeekr brendi ikinci modelini təqdim edib: bu, 009 indeksini almış böyük və dəbdəbəli elektrik minivendir.
Çin biznes minivenləri bazarında Zeekr 009 modeli yalnız benzin mühərrikləri ilə təklif olunan yerli bestseller - Buick GL8 miniveni ilə deyil, əsasən Voyah Dreamer və Denza D9 elektrik minivenləri ilə rəqabət aparacaqdır. Bu kampaniyada Zeekr ən qabaqcılıdır: qeyri-adi işıqlandırma texnologiyası olan iri ön tərəf qohum Lynk & Co brendinin dizayn ideyalarının inkişafıdır. Eyni zamanda, Zeekr 009 aerodinamik cəhətdən effektiv alınıb: Cd əmsalı 0,27-dir.
Ölçü baxımından yenilik əsas rəqiblərindən geri qalsa da, o istənilən halda çox böyük avtomobildir: minivenin uzunluğu 5209 millimetr, eni - 2024 millimetr, hündürlüyü isə 1856 millimetrdir. Lakin Zeekr 009 modelinin təkər bazası daha uzundur: 3205 millimetr. O, Geely tərəfindən hazırlanmış SEA (Sustainable Experience Architecture) elektromobil platformasına əsaslanır: miniven ikiqatlı köndələn qolları olan pnevmatik ön və çoxqollu arxa asqıya malikdir. Standart təkər disklərinin ölçüsü 19 düymdür.
Salonun ön hissəsində minimum sayda düymələr, virtual cihazlar paneli, proyeksiya ekranı və media sisteminin böyük displeyi olan ön panel var. Salonun arxa hissəsi daha maraqlıdır. Zeekr 009 altı nəfərlik versiyada təklif olunur və burada təkcə ikinci deyil, həm də üçüncü sırada ayrıca oturacaqlar quraşdırılır. Üçüncü sıra əlbəttə ki, orta cərgəyə nisbətən daha təvazökar təchizata malikdir, lakin tərtibatçılar burada hətta böyüklərin də rahat yerləşəcəklərini iddia edirlər.
Geniş arxa qapıların kartlarına ayrıca sensorlu ekranlar quraşdırılıb ki, onlar da klimat-kontrolun, pəncərələrin və pərdələrin idarə edilməsinə cavabdehdirlər. Tavanda 15,6-düymlük açılan “televizor”, böyük şüşə dam (qabaqda yalnız kiçik lyuk var), salonda isə, qatlanan masalar və 32 LED plafonlardan ibarət olan qabaqcıl işıqlandırma sistemi var.
Zeekr 009 iki mühərrik ilə təmin edilən tam ötürmə sisteminə malikdir. Ön və arxa oxda ümumi hasilatı 544 at qüvvəsi və 686 Nm olan iki eyni elektrik mühərriki quraşdırılır. Ancaq yalnız arxa mühərrik daim qoşuludur, ön mühərrikin sürət qutusuna onu təkərlərdən ayıra bilən mufta quraşdırılıb.
Baza miniveni 116 kilovat/saatlıq dartma batareyası ilə təchiz olunub. Dolu batareya ilə pasport yürüşü nikbin Çin CLTC dövrünə əsasən 702 kilometrdir. Çəkisi 2830 kiloqram olan avtomobil 190 km/saata sürətlənir, 100 km/saat həddini isə, 4,5 saniyəyə toplayır. Amma 140 kilovat/saatlıq batareyaya və 822 kilometrlik yürüş məsafəsinə malik olan versiya da bəyan edilib!
Çin bazarında Zeekr 009 miniveni ilin sonuna qədər satışa çıxarılacaqdır. Baza versiyasının qiyməti 69 000 dollar, daha böyük batareyası olan miniven üçün isə, 81 000 dollar tələb olunur.
autograph.az