Gələn aydan Rusiya istehsalı olan ABS sistemləri avtomobillərə tətbiq ediləcək
Ukrayna müharibəsinə görə Qərb istehsalçıları Rusiyaya məhsul satmaqdan imtina etmişdi. Buna görə də Rusiya 1 ildən çoxdur “sadələşdirilmiş versiyada” avtomobil istehsal edir. Bu maşınalrda ABS və hava yastıqları olmur.
Avtosfer.az-ın xəbərinə görə, artıq bu sahədə problemlər qismən aradan qalır. Yaxın günlərdə Kostroma şəhərində ABS istehsalı başlayacaq. 1 iyuldan etibarən Rusiyada istehsal ediləcək avtomobillərdə bu vacib detal yer alacaq. Gələn fevralda isə hökumət texniki reqlamentləri “böhrandan əvvəlki” vəziyyətə qaytarmaq istəyir. Bunun nə qədər real olduğunu isə zaman göstərəcək.
Lakin elə bu xəbər özü Rusiyanın son 40 ildə texnologiya baxımından haradan hara gəldiyini göstərir. ABS ilk dəfə təyyarələrdə tətbiq edilib, 80-ci illərdə isə bu funksiya avtomobillərə köçürülüb. 40 il əvvəl dünyanın ən böyük təyyarə istehsalçısı olan Sovet İttifaqının yerini indi sadə bir detalı istehsal edə bilməyən “böyük Rusiya” alıb.
Vüqar Yaşaroğlu
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












