Həmişəkindən daha yaraşıqlı: 2023 Model Alfa Romeo Giulia təqdim edildi

İtalyan avtomobil istehsalçısı Alfa Romeo 2016-cı ildən aktiv şəkildə satışa çıxardığı Giulia modelini yeniləyib. Son yeniləməsini 2020-ci ildə alan sedan indi kiçik toxunuşlarla yeni dizayn və tamamilə yeni texnoloji xüsusiyyətlərlə təchiz edilib. Gəlin 2023 model Alfa Romeo Giulia-ya daha yaxından nəzər salaq.
2023 model Alfa Romeo Giulia yeni adaptiv matrisli LED fara dizaynına malikdir. Bu yeni dizayn avtomobili həm daha müasir, həm də dəbli edir. Bununla belə, arxa işıqlar üçün hər hansı yenilikdən danışmaq mümkün deyil. Şirkət 2020-ci ildən etibarən istifadə etdiyi dizaynı yeni versiyada davam etdirir.
Yenilənmiş Alfa Romeo Giulia-nın daxili dizaynında böyük bir dəyişikliyi görməyə başlayırıq. Bu sedan indi tam rəqəmsal 12,3 düymlük alətlər qrupuna malikdir. Bu displey ekranında Evolved, Relax və Heritage adlı müxtəlif ekran rejimləri var. Heritage işə salındıqda retro görünüş, Relax aktiv olduqda sadə görünüş, Evolved rejimi işə salındıqda sürət və digər göstəricilərlə dolu bir görünüşlə rastlaşacağıq
Alfa Romeonun yenilənmiş sedanının daxili dizaynındakı digər detallara baxdığımızda; dəri üzlüklərin içərisində yerləşdirilmiş məlumat-əyləncə ekranı ilə qarşılaşırıq. Harman Kardon səs sistemi və qırmızı tikişli idman oturacaqları da interyerin dizayn detalları arasındadır.
Alfa Romeonun kapotunun altında 2,0 litrlik dörd silindrli turbomühərrik var. Bu 280 at gücünə malik mühərrik 8 pilləli avtomatik transmissiya ilə birləşdirilib. Avtomobilin 100 km/saat sürətlənmə vaxtı və maksimal sürəti kimi statistika açıqlanmayıb.
Rəsmi açıqlamaya görə, yenilənmiş sedan gələn ilin əvvəlindən etibarən Alfa Romeo dilerlərində yerini alacaq. Ancaq avtomobilin qiyməti hələlik bəlli deyil.
ted.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










