"Honda" yeni "Accord" modelinin dizaynı üzərindəki sirr pərdəsini götürüb - FOTO

Honda şirkəti yeni Accord sedanının təsvir olunduğu tizerləri dərc edib. Amerikalılara sedanın daha zərif dizayna və həssas hibrid güc aqreqatına malik olan modeli vəd ediblər. Bundan başqa, orta ölçülü sedan 12,3-düymlük sensor ekranı, sizmsiz qoşulma funksiyası və Google əməliyyat sistemi olan multimedia sistemini alacaqdır. Texniki hissə haqqında məlumat yoxdur, amma əsas üstünlüyün benzin-elektrik veriyasına veriləcəyi aydındır. On birinci nəsil Honda Accord sedanının təqdimatı gələn ay baş tutmalıdır.

Honda mətbuat xidmətinin yaydığı tündləşdirilmiş şəkillərdən göründüyü kimi, yeni Accord ön tərəfdən xarakterik ön fənərləri və radiator barmaqlığının forması olan “altıncı” CR-V modelinə bənzəyəcəkdir. Sedanın arxa tərəfi də dəyişəcəkdir: əsas üstünlük stop siqnalın qırıq-qırıq xətti olan, habelə kuzovun eni boyunca uzanan fənərlərə veriləcəkdir.
Honda bu günə qədər yeni Accord modelinin künc tərəfdən çəkilmiş şəkillərini yayımlamasa da, patent təsvirləri sayəsində avtomobilin dizaynı barədə mülahizə yürütmək olar. Çox güman ki, onuncu nəsildə olduğu kimi, sedanın Çin versiyası eksteryer dizaynına görə amerikan versiyasından o qədər də ciddi fərqlənməyəcəkdir.

“Tarixdə ən böyük sensorlu ekrana” malik multimedia sisteminin baş blokunun şəkili digər interyer detallarını, məsələn, visorun altındakı rəqəmsal cihazlar panelini və “gizli” hava kanallarının fraqmentini müşahidə etməyə imkan verir. Bütün bunlar, Accord modelinin salonunun ön hissəsinin, yeni CR-V modelindəkindən bir qədər fərqli olacağını deməyə əsas verir.
Honda sedanın texniki xarakteristikalarını gizli saxlamağa üstünlük verir, lakin Accord sedanının cari nəsli ABŞ-da 1,5-litrlik turbomühərrik və 2,0-litrlik atmosfer mühərrikinə əsaslanan hibrid güc qurğusu ilə təklif olunur. Güman etmək olar ki, yeni Accord modelini də turbomühərrik və hibrid güc qurğusu ilə almaq mümkün olacaqdır.

Honda Accord modelinin əsas bazarları ABŞ və Çindir. Keçən il bu ölkələrdə 200.000 sedan satılıb. Lakin Şimali Amerikadakı satışlar getdikcə aşağı düşür, odur ki, yeni modelin okeanın o tayında debüt etməsi təəccüblü olmamalıdır. Yeni sedanın təqdimatı noyabr ayında baş tutmalıdır, lakin dəqiq tarix hələ də açıqlanmayıb.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












