Reklam

"Hyundai" markasının yeni flaqmanının satışlarına start verilib - FOTO

Avtodünya 15 Noyabr 2022 16:59 Oxunub 1088
"Hyundai" markasının yeni flaqmanının satışlarına start verilib   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir ay əvvəl təqdim olunan yeni, yeddinci nəsil Hyundai Grandeur sedanının satışlarına start verilib. Hələlik onu yalnız doğma vətənində – Cənubi Koreyada sifariş etmək olar. Bu gün isə, Hyundai şirkəti avtomobil haqqında bütün təfərrüatları və onun texniki xüsusiyyətlərini dərc edib.

Xatırladaq ki, Grandeur təkcə Hyundai markasının minik modelləri çeşidinin flaqmanı deyil, həm də minik modelləri arasında Cənubi Koreya bazarının mütləq bestselleridir! Məsələn, 2020-ci ildə burada 145 min belə avtomobil satılıb, 2021-ci ildə isə, tələbat 92 min nüsxəyə qədər geriləyib, lakin Grandeur liderlik mövqeyini qorumağa müvəffəq olub. Qeyd etmək gərəkdir ki, son 10 il ərzində Cənubi Koreyada bir milyondan çox Grandeur satılıb.

 

Yeni sedan Hyundai Staria minivenində sınaqdan keçirilmiş premium dizaynı alıb. Əvvəlki modeldən heç nə qalmasa da, yan tərəfin tərtibatında sedanın birinci nəslinə istinadlar var. Granduer modelinin qabaritləri artırılıb və ilk dəfə onun uzunluğu beş metri keçib: indi sedanın uzunluğu 5035 millimetr təşkil edir.

Xatırladaq ki, onun sələfinin müvafiq göstəricisi 4990 millimetr idi. Eyni zamanda, təkər bazası 10 millimetr (2895 millimetr), arxa kuzov çıxışı isə, 50 millimetr artıb. Grandeur 5 millimetr enli (1880 millimetr), lakin 10 millimetr alçaq (1460 millimetr) olub.

 

Ön LED "kəmər" yalnız gündüz hərəkət işıqlarına cavabdehdir (əsas fənərlər radiator barmaqlığına quraşdırılıb), arxa zolaq isə, bütün lazımi işıqlandırma cihazlarını özündə cəmləyib. Arxa hərəkət işıqları yol səthinə iki əyri zolaq “çəkir” ki, bu da qaranlıqda digər sürücüləri gözlənilən manevr haqqında  məlumatlandırmalıdır.

Yeni Hyundai Grandeur ikiqatlı şüşəsi olan çərçivəsiz qapılara və irəli çıxan qapı tutacaqlarına malikdir. Alıcılar 18, 19 və ya 20 düymlük təkər disklərindən seçim edə bilərlər.

 

İnteryeri dizayn edən mütəxəssislər 1986-cı ildə debüt etmiş ilk nəsil Hyundai Grandeur sedanının estetikasından ilham alıblar. Xatırladaq ki, Grandeur modelinin ilk nəsli yapon Mitsubishi Debonair modelinin lisenziyalı surəti idi.

Ön panel də ilk modeldəkinə oxşardır, lakin indi onun üzərində hər birinin diaqonalı 12,3 düym olan iki ekran var. Cihazlar panelinin solunda barmaq izinin dairəvi skaneri var ki, onun vasitəsilə avtomobil sürücünü tanıyaraq onun şəxsi tənzimləmələrini yükləyir. Mərkəzi konsolda limat-kontrol üçün ayrıca 10,25-düymlük sensorlu ekran quraşdırılıb, opsiylar arasında isə, proyeksiya displeyi də var.

 

Birinci nəsildə olduğu kimi, sükan çarxın yeganə iri qola malikdir. Yan tərəflərdəki düymə blokları isə, yalnız sükan çarxına bərkidilib və mərkəzi topa qoşulmurlar. Transmissiyanın idarə edilməsinə isə, sağ tərəfdəki adi şüşəsilənin dəstəyinin altında quraşdırılmış sükanaltı selektor cavabdehdir. Grandeur sürücü və ön sərnişin arasında açılan və onların toqquşmasının qarşısını alan mərkəzi hava yastığı da daxil olmaqla 10 ədəd təhlükəsizlik yastığı var.

Calligraphy top versiyası tərtibatı üçün nappa dərisi, ağac şponundan və alüminiumdan istifadə olunur, arxa mərkəzi dirsəkaltında isə klimat-kontrol, səs sistem və qızdırılan/havalandırılan oturacaqların idarəetmə düymələri yerləşdirilib. Arxa qapılarda elektriklə idarə edilən jalüzləri quraşdırılıb. Tez-tez toxunulan yerlərdə üsluklərə antibakterial örtük çəkilib. Ən qabaqcıl Bose səs sistemi 14 dinamikə malikdir.

 

Grandeur modelinin əsasında, əvvəlki kimi, köndələn yerləşdirilmiş mühərriki və ön ötürməsi olan platforma durur, lakin bir neçə yenilik var. Birincisi, adaptiv asqı yol səthini skan edən ön kamera ilə tamamlanıb ki, bu kameradan ötürülən məlumatın əsasında elektronika amortizatorların sərtliyini dəyişir.

İkincisi, Grandeur ilk dəfə olaraq tam ötürmə sistemi təklif edilir: arxa oxda muftası olan HTRAC transmissiyası 3,5-litrlik V6 GDI mühərriki ilə təchiz edilmiş sedanlar üçün əlavə ödəniş qarşılığında əlçatandır.

 

Bu mühərrik “Qrander” üçün yenidir və əvvəlki 3,3-litrlik V6 aqreqatını əvəz edib. Yeni aqreqatın hasilatı 300 at qüvvəsi və 359 Nm təşkil edir. Bir pillə aşağıda əvvəlki modeldən miras qalmış 2,5-litrlik dördsilindrli GDI mühərriki qərarlaşıb – o, 198 at qüvvəsi və 248 Nm fırlanma anı təklif edir. Hər iki mühərrik də yanacağın qarışıq püskürdülməsi sisteminə malikdir.

Qazla işləyən və 240 at qüvvəsi (314 Nm) hasil edən 3,5-litrlik LPG mühərriki də var - propan Cənubi Koreyada çox populyardır. Qeyd edilən hər üç aqreqat səkkiz pilləli “avtomat” ilə təchiz edilir. Hibrid güc qurğusuna malik olan Grandeur modeli altı pilləli avtomatik transmissiyaya quraşdırılmış elektrik mühərriki (60 at qüvvəsi, 264 Nm) ilə tandemdə çalışan 1,6-litrlik turbomühərrikə (180 at qüvvəsi, 265 Nm) malikdir. Hibrid sistemin pik gücü 230 at qüvvəsi təşkil edir.

 

Benzin və hibrid sedanların baqaj həcmi 480 litrdir, lakin metanla işləyən versiyada quraşdırılan qaz balonu baqajın həcmini 320 litrə qədər azaldır.

Yeri gəlmişkən, standart 12-voltluq batareyanın enerjisi kritik səviyyəyə düşərsə, elektronika avtomobilin açarsız giriş sisteminin əsas qəbuledicisini söndürəcək və yalnız baqaj qapağındakı düymə vasitəsilə avtomobilin kilidini açmaq mümkün olacaqdır. Avtomobildəki bütün təhlükəsizlik sistemləri Smart Sense kompleksində toplanıblar.

Cənubi Koreyada yeni Hyundai Grandeur modeli 28 000 dollardan başlayan qiymətlərlə satılır. Qazla işləyən sedanın sedanının qiyməti 29 100 dollardır, hibrid versiyası üçün isə ən az 33 000 dollar tələb olunur.

Yeni modelin digər bazarlardakı satışlarına 2023-cü ilin ikinci rübündə başlanmalıdır. Xatırladaq ki, əvvəlki sedanın satış coğrafiyasının genişliyi ilə seçilmirdi: flaqman sedanı əsasən Yaxın Şərq ölkələrinə ixrac edilirdi. Flaqman sedanı ABŞ bazarını 2016-cı ildə tərk edib. Səbəb isə, tələbatın az olması idi.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh