"Hyundai" Motor Rusiyadakı zavodunu satmağı nəzərdən keçirir

Cənubi Koreya şirkəti Hyundai Motor Company Rusiyadakı biznesi üçün müxtəlif variantları, o cümlədən Sankt-Peterburqdakı zavodun satışını nəzərdən keçirir.
Avtosfer.az xəbər verir ki, bu barədə çərşənbə axşamı mənbələrə istinadən Cənubi Koreyanın "Tona İlbo" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bu yaxınlarda şirkət rəhbərliyinə Rusiyadakı vəziyyət və biznes perspektivləri haqqında hesabat təqdim edilib. Hesabatda, digər məsələlərlə yanaşı, zavodun satılması qərarının gözlənilən nəticələri təhlil edilib. "Tona İlbo" yazır ki, istehsal sahəsinin satışı əsas ssenarilərdən biridir.
Qəzetin yazdığına görə, normal maliyyə fəaliyyətini həyata keçirə bilməməsi rəhbərliyi zavodu satmaq barədə düşünməyə vadar edib. Rusiya Federasiyasına qarşı sanksiyalara görə mərkəzi ofislə Rusiya filialı arasında pul köçürmə imkanları məhduddur. Avqust və sentyabr aylarında Hyundai Motor-un Rusiya bölməsi bir dənə də olsun avtomobil sata bilməyib. Eyni zamanda, maaşlar, vergilər və elektrik haqqı kimi zavodun saxlanması xərcləri qalır.
"Digər tərəfdən, şirkətə artıq yatırılmış vəsaitlərə görə Rusiya bazarını tərk etmək "çətin" ola bilər", - qəzet qeyd edir. Hyundai Motor-un törəmə şirkətləri Rusiya bazarında elektrik avtomobillərinin istehsalına hazırlıq görüblər. Qəzet yazır ki, Rusiyadakı vəziyyətin kəskin şəkildə dəyişə biləcəyi məlum olmadığı üçün şirkət gözləmə mövqeyi də tuta bilər. (Marja)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












