“Hyundai” Rusiyadakı müəsisələrini satmağa hazırlaşır

Ukraynayla münaqişəyə başlayandan sonra bir çox brend Rusiyada yerləşən müəsisələrini bağlamaq qərarına gəlib. Bu çərçivədə həm texnologiya şirkətləri, həm də avtomobil istehsalçıları ölkədəki fəaliyyətlərini dayandıraraq, müəsisələrini satıblar. Avtosfer.az xəbər verir ki, ötən mart ayında Rusiyada fəaliyyətini dayandıran Hyundai ilə bağlı yeni açıqlama verilib.
Cənubi Koreyanın MBC media şirkəti tərəfindən edilən paylaşımlara görə, “Hyundai” Rusiyadakı istehsal sahələrini satmaq qərarına gəlib və bunun üçün qazaxıstanlı bir şirkəti ilə razılığa gəlib. Hələlik sazişlə bağlı məlumatın paylaşılmadığı bildirilsə də, Rusiya hökumətindən təsdiq gözlənildiyi bildirilib. MBC-nin məlumatına görə, “Hyundai” satışla bağlı danışıqların getdiyini, lakin hələlik qərarın verilmədiyini bildirib.
Məsələn, bu yaxınlarda “Renault” ölkədəki bütün təsislərini köçürərək bazardan çəkildiyini açıqladı. Həmçinin bu yaxınlarda “Mercedes-Benz” də Rusiyada tamamilə geri çəkildiyini elan etdi. Hazırda “Hyundai” gələcəkdə Rusiyada necə mövqe tutacağını düşünür. “Kia” və “Genesis” kimi markaların daxil olduğu qrup Rusiyada hər il təxminən 200.000 avtomobil satır. Bu pay qrupun ümumi satışlarının təxminən 4%-ni təşkil edir.
Müharibədən əvvəl “Renault”, “Hyundai” və “Kia” ölkədə ən çox satılan brendlər arasında idi. Müharibə ilə bir çox istehsalçı ölkədən geri çəkilsə də, Çin avtomobil markaları bazardakı boşluqları doldurur və müştərilərinin avtomobil tələblərini qarşılayır.
Nərmin Əkbər
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
















