"Hyundai" yeni "Grandeur" modelinin dizaynını nümayiş etdirib - FOTO

Hyundai markası özünün ən çox gözlənilən yeni modellərindən birinə - bayraqdar Grandeur sedanının yeddinci nəslinə olan marağı körükləməyə davam edir. Modelin rəsmi şəkilləri və bəzi detalları Koreya brendinin rəsmi saytında yer alıb, lakin texniki hissə haqqında bir kəlmə belə yazılmayıb.
Avtomobilin dizaynı keçən əsrin 80-ci illərində debüt etmiş Grandeur modelinin ilk nəslinə nəzər salmaqla hazırlanıb. Retro motivlər müasir həllər ilə birləşdirilib: məsələn, avtomobilin ön tərəfində Staria modelində olduğu kimi bütöv LED zolağı, habelə son zamanlar dəbdə olan irəli çıxan qapı tutacaqlarını görmək mümkündür.

1986-cı ildən başlayaraq istehsal olunan Grandeur modelinin cari altıncı nəsli 2016-cı ildə işıq üzü görüb və hal-hazırda Genesis avtomobillərini nəzərə almasaq, Hyundai markasının ən dəbdəbəli və bahalı sedanı olaraq qalır. O, həmçinin brendin minik avtomobilləri xəttinin vacib modellərindən biridir - Grandeur xüsusilə Koreya məmurları və taksi şirkətləri arasında çox populyardır.
"Yeddinci" Grandeur modeli sələfindən heyrətamiz dərəcədə fərqlənir, onun eksteryer dizaynda modelin birinci nəslinə istinadlar gizlidir. Bunlara misal kimi, ön fənərlərin arasında yerləşən düzbucaqlı radiator barmaqlını göstərmək olar. Gündüz hərəkət işıqları bütöv LED xətt şəklindədir - şirkət nümayəndələri bu elementi Seamless Horizon adlandırırlar. Sedana premiumluğu irəli çıxan qapı tutacaqları olan çərçivəsiz qapılar əlavə edir.


Salonda da iqtibaslarsız ötüşməyib - məsələn, sükan retro üslubda hazırlanıb, transmissiya selektoru isə sükan sütununda yerləşdirilib və bütün bunlar müasir ekranlarla harmoniyaya təşkil edir. Sükanın arxasında multimedia sisteminin displeyi ilə tək paneldə birləşən rəqəmsal cihazlar paneli yerləşir. Başqa bir sensorlu displey iqlimə nəzarət sistemindən məsuldur.
Yeni Hyundai Grandeur modelinin tamölçülü debütü bu ilin sonuna qədər baş tutmalıdır. Model Cənubi Koreya və Yaxın Şərqdə satılacaqdır. Əlbəttə ki, Grandeur modeli Azərbaycan bazarında da satış debütü edəcəkdir.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












