"IM L7 Snake Performance" sedanı "Porsche Taycan" elektrokarından yeyin olub
IM avtomobil markası Intelligence in Motion (“Hərəkətdə olan intellekt”) mənasını verir. Bu marka, Çinin SAIC konserni (səhmlərin 64%), internet nəhəngi Alibaba və Şanxay Pudonq rayonunun administrasiyasının (hər biri səhmlərin 18% sahibdirlər) 2020-ci ildə təsis etdiyi Zhiji Auto müştərək şirkətinə məxsusdur. Birgə müəssisə ilk işləmələrini 2021-ci ilin əvvəlində nümayiş etdirib. İlk olaraq konveyerə isə, IM L7 sedanı çıxıb: Çində bu avtomobillər ötən ilin yayında satılmağa başlayıb, indi isə model çeşidinin ilk genişlənməsi elan edilib.
IM L4
IM L7 model özlüyündə Tesla Model S elektrokarının Çin analoqu kimi səciyyələndirilir. 5098 millimetr uzunluğu olanın sedanın axıntılı kuzovu (Cd əmsalı 0,21), ön paneldən irəli çıxan AMOLED displeyləri olan geniş salona, standart lidarı və üstün xarakteristikaları olan ikinci səviyyəli IM AD avtopilotuna malikdir. Adaptiv asqısı olan tam idarələnən şassi İngiltərənin Williams Advanced Engineering mühəndislik şirkətinin mütəxəssislərinin cəlb edilməsi ilə yaradılıb.
IM L7
Hətta standart IM L7 modeli 578 at qüvvəsi və 725 Nm hasil edən iki elektrik mühərriki ilə təmin edilən tam ötürməyə malikdir. Sedan 100 km/saata 3,87 saniyəyə sürətlənir, 93 kilovat/saatlıq dartma batareyası isə, CLTC sikli üzrə 615 kilometrlik yürüş üçün kifayət etməlidir. Standart konnektorlara əlavə olaraq, hətta avtomobilin altındakı qəbuledicisi olan simsiz yükləmə cihazı var, lakin onun gücü cəmi 11 kilovatdır. Bu möhtəşəmlik 51-56 min dollara başa gəlir. Sedan artıq Çin bazarında ayda min alıcı cəlb edir.
IM L7 Performance Lite
İndi çeşiddə daha güclü IM L7 Snake Performance sedanı peyda olub. Elektrik sedanı iki versiyada təklif olunur. Snake Performance Lite başlanğıc dəstinə yalnız yüksək məhsuldarlıqlı elektrik mühərrikləri (605 at qüvvəsi, 730 Nm), sükan əvəzinə şturval, oturacaqların zamşa ilə üzlənməsi və tutqun kuzov boyası (yalnız üç tünd rəng təklif olunur) daxildir. İlk “yüzlüyə” sürətlənmə zamanı 3,7 saniyə təşkil edir.
IM L7 Performance Lite
Snake Performance top versiyası əhəmiyyətli dərəcədə yenidən işlənmiş şassiyə malikdir. Asqı yenidən sazlanıb, Brembo əyləcləri gücləndirilib, yüngül təkər diskləri iquraşdırılıb, hərəkət elektronikasının tənzimləmələri dəyişdirilib, sükan mexanizmi “qısaldılıb”. Belə bir sedan həqiqətən də sürücüyə ünvanlanmış avtomobilə çevrilməlidir və bunu təsdiqləmək üçün tərtibatçılar Çinin Zhejiang International Circuit trekində göstərilmiş dövrə vaxtını qey ediblər: 1 dəqiqə 42,212 saniyə. Mütləq mənada bu, rekorddan çox uzaqdır, lakin Porsche Taycan Turbo S elektromobilinin nəticəsindən iki saniyə azdır!
Çində “İlan” versiyalarına artıq sifarişlər qəbul olunur. IM L7 Snake Performance Lite sedanının qiyməti 66 min dollardır, lakin top versiya üçün 80 min tələb olunur və belə avtomobillər az sayda istehsal olunacaqlar.
autograph.az