"Infiniti" markası "QX50" krossoverinin Sport indeksli versiyasını təqdim edib

Infiniti şirkəti QX50 krossoverinin yeni versiyasını təqdim edib - yeni modifikasiya Sport indeksini alıb və ya sadəcə olaraq QX50S adlandırılır. Güc artımı olmasa da, “idman” versiyası qara dekoru, 20-düymlük təkər disklərini və yarıanilin dəri ilə üzlənmiş qara salonu əldə edib. Adi QX50 modeli də yenilənib: krossover transmissiyanın yeni selektorunu, çərçivəsiz salon güzgüsünü və genişləndirilmiş rəng palitrasını alıb. Krossoverin qiyməti 40,3 min dollardan başlayır.
Infiniti QX50S krossoveri qara rəngli təkər diskləri, eksteryer tərtibatı ilə yanaşı, qara emblemləri də əldə edib. Sport versiyasının təchizatına 12 dinamikli Bose səs sistemi daxil edilib. Yeni model artıq ABŞ-dakı diler salonlarında peyda olub.


Standart QX50 modeli Şimali Amerikada tamötürməli Autograph top versiyası daxil olmaqla beş təchizat səviyyəsində təklif edilir. Təchizat səviyyəsindən asılı olmayaq, krossover 272 at qüvvəli 2,0-litrlik turbomühərrik ilə hərəkətə gəlir.
Güc qurğusu XTronic ötürmələr qutusu ilə tandemdə çalışır. Bundan başqa, 2023-cü model ilinin Infiniti QX50 modeli standart olaraq ProPILOT Assist yarıavtopilotu ilə təchiz ediləcəkdir.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












