iPhone istehsalçısı iki yeni elektromobilini təqdim edib - FOTO

Çində aktiv istirahətə üstünlük verənlərin sayı durmadan artır. Müvafiq olaraq, bu məqsədlər üçün nəzərdə tutulmuş avtomobillərə tələbat da sürətlə artır, odur ki, yerli avtoistehsalçılar bu piroqun böyük bir hissəsini qoparmaq uğrunda mübarizə aparırlar.
Yayda Geely şirkətinə məxsus olan Radar brendi, indi isə iPhone, Xiaomi smartfonları və bir sıra digər qadcetlərin istehsalçısı kimi tanınan Foxconn şirkəti elektrik krossoveri və pikapını təqdim edib.

Model B
Tayvanlı iPhone istehsalçısı Foxconn (Hon Hai Technology Group) şirkətinin törəmə müəssisəsi olan Foxtron şirkəti Taypeydə keçirilən xüsusi tədbirdə iki elektromobili nümayiş etdirib: Model B krossoveri və Model V pikapını.
Sonuncunu Tayvan, Tayland və ABŞ-da buraxıması planlaşdırılır. Eyni zamanda, hər iki model Foxconn şirkətinin qadjetlər dünyasından kənardakı bacarıqlarını nümayiş etdirərək “əsas istehsalçılar” üçün dizayn-referenslər rolunu oynayırlar.

Model V
Model E kimi, Model B krossoverinin dizaynı da, çinli müştərilərlə böyük iş təcrübəsinə malik olan Pininfarina studiyası tərəfindən hazırlanıb. Krossover MIH (Mobility in Harmony) platformasında inşa edilib və ölçülərinə görə Volkswagen ID.3 elektrokarına yaxındır.
Elektromobilin tamamilə şüşə dama malik olduğu, onun fənərlərinin isə müxtəlif piktoqramları (məsələn, batareyadakı enerji səviyyəsi) “çəkə bildiyi” məlumdur. Krossover enerji yükləmədən dolu batareya ilə 450 kilometrə qədər məsafə qət edə bilər.


Pikap krossoverdən fərqli olaraq Foxconn loqosunu daşıyır. Model V şirkətin mütəxəssisləri tərəfindən layihələndirilib və bir ton yükgötürmə qabiliyyətinə malikdir. O, üç tona qədər çəkisi olan qoşqunu yedəyə ala bilər. Model V pikapının yürüş ehtiyatı 420 kilometrdir. Hələlik başqa məlumat verilməyib.
Göründüyü kimi, Model V pikapı Geely şirkətinə məxsus olaan Radar brendinin RD6 pikapına rəqibdir. Xatırladaq ki, Radar markası RD6 modelinin 200-dən 400 at qüvvəsinə arasında gücə malik olan arxa və tam ötürməli versiyalarını buraxmaq niyyətinədir.
autograph.az
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək










