İki məşhur avtomobil markası "TikTok" ilə PROBLEM YAŞAYIR

ABŞ-da "TikTok" sosial media platformasında avtomobil oğurluğu ilə bağlı videolardan ilhamlananlar "Hyundai" və "Kia" markalı avtomobillərin oğurluq nisbətlərinin pik həddə çatmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, rəqəmlərin sürətlə artması səbəbindən hərəkətə keçən 17 dövlət prokuroru, Cənubi Koreya markalarından nəqliyyat vasitələrinin geri çağırılmasını və oğurlanmalarının qarşısını almaq üçün lazımi dəyişikliklərin edilməsini istəyib.
Kaliforniyanın baş prokuroru Rob Bonta mətbuata açıqlamasında deyib ki, "Kia" və "Hyundai"nin bir çox avtomobillərində standart təhlükəsizlik funksiyalarını quraşdırmaması avtomobil sahiblərini və ictimaiyyəti riskə atıb.
Elandan sonra ümumilikdə 17 əyalət vəkili federal hökumət qurumlarına ümummilli geri çağırılma tələbi ilə məktublar göndərib. Məktubu Arizona, Kolorado, Konnektikut, İllinoys, Massaçusets, Merilend, Miçiqan, Minnesota, Nyu-Cersi, Nyu Meksiko, Nyu-York, Oreqon, Pensilvaniya, Rod-Aylend, Vermont, Vaşinqton və Kolumbiya dairəsindən olan baş prokurorlar imzalayıb.
"Kia"nın mövzu ilə bağlı verdiyi ilk açıqlamada, problemə "diqqət verildiyi" qeyd edilib və "Baş prokurorlar tərəfindən qaldırılan narahatlıqları aradan qaldırmaq üçün tədbirlər görməyə davam edirik" deyilib. Avtomobil istehsalçısı həmçinin bildirib ki, 165 mindən çox müştəri proqram təminatını quraşdırıb və bununla bağlı 2 milyondan çox avtomobil sahibi ilə əlaqə saxlanılıb. Şirkət avtomobillərin federal təhlükəsizlik standartlarına uyğun olduğunu iddia edib, ona görə də geri çağırmağa ehtiyac da duymayıb.
"Hyundai" isə lazımi qurumlarla təmasda olduqlarını vurğulayıb və nəqliyyat vasitələrinin federal oğurluqla mübarizə protokoluna "uyğun" olduğunu söyləyib. Oğurluqların qarşısını almaq üçün proqram yeniləməsinin planlaşdırılandan iki ay əvvəl təqdim edildiyini bildirən şirkət, bu yeniləmədən indiyə qədər neçə avtomobilin faydalandığı vurğulayıb.
"Kia" və "Hyundai" niyə oğurlamaq asandır?
Son on ildə ABŞ-da satılan bəzi "Kia" və "Hyundai" avtomobillərində mühərrik immobilizatorları yoxdur, bu, əksər avtomobillərdə standartdır və alov açarı olmadıqda mühərrikin işə salınmasına mane olur.
Bununla belə, "TikTok"da yayılan videolar insanların sadəcə bir tornavida və USB kabeldən istifadə edərək bu alətləri necə asanlıqla idarə edə biləcəyini göstərir. Kaliforniya Baş Prokurorluğu Los-Ancelesdə "Hyundai" və "Kia" avtomobillərinin oğurlanmasının 2022-ci ildə təxminən 85 faiz artdığını açıqlayıb.
Bundan əlavə, oğurlanan maşınlarla qəza nisbətlərinin yüksək olduğuna diqqət çəkən prokurorluq, son 14 qəzadan və səkkiz ölümdən oğurlanmış avtomobil trendinin məsul olduğunu bildirib.
Lent.az
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır










