İlon Mask pivə istehsal etməyə başladı - FOTO

Amerikalı milyarder İlon Maskın sahibi olduğu elektrikli avtomobil istehsalçısı “Tesla” öz pivə kolleksiyasını buraxıb.
Pivə “Tesla” şirkətinin öz brendi olan “GigaBier” adı altında məhdud sayda istehsal olunub.
Hər biri 0,33 litr olan unikal dizayna malik və üç şüşədən ibarət paketin qiyməti 89 avroya başa gələcək.
“Tesla GigaBier” köhnə alman ənənələrinə uyğun olaraq hazırlanıb. Berlində istehsal olunmuş məhdud sayda pivəmizdən həzz alın. O, bizim eksklüziv kibermayamızla hazırlanıb və berqamot, sitrus və şirin meyvələrin dadlarını hiss edəcəksiniz. Hər bir şüşənin üzərində qaranlıqda parıldayan “Giga” su nişanı var”, - deyə şirkətin saytında dərc olunmuş məlumatda qeyd edilib.
Şüşənin forması Amerika şirkətinin digər məhsulunu - “Cybertruck” pikapını xatırladır. Pivə Almaniyada, şirkətin öz fabrikində hazırlanıb.
Məhdud təklif yalnız müəyyən ölkələr üçün əlçatandır. Yalnız Böyük Britaniya, Avstriya, Almaniya, İtaliya, Çexiya, İrlandiya, Belçika, İsveçrə, Danimarka, İspaniya, Finlandiya, Fransa, İtaliya, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya və İsveç sakinləri “GigaBier”i dada biləcəklər.
oxu.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












