İran “AvtoVAZ”a birgə avtomobil istehsalına başlamağı təklif edib

İran Rusiyanın “AvtoVAZ” istehsalçısı ilə avtomobillərin birgə istehsalına dair müqavilə bağlamaq istəyir.
Bu barədə İran Ehtiyat Hissələri Assosiasiyasının direktorlar şurasının sədri Nəcəfi Maneş bildirib.
“Hazırda İran və Rusiya müstəsna vəziyyətdədirlər, bəlkə də, tarixdə heç vaxt bu iki ölkənin bir-birinə bu qədər yaxınlaşdığı belə bir vəziyyət olmayıb. Biz fürsətdən istifadə etməliyik, uzunmüddətli plan tərtib etməliyik ki, bu əməkdaşlıq başqa şəraitdə də davam etsin”, - deyə Maneş izah edib.
Avqustun ortalarında “Kommersant” İranın “Iran Khodro” şirkətinin avtomobillərinin Rusiyada satışının tezliklə başlaya biləcəyini yazıb. Şirkətin rəhbəri Mehdi Xətibinin sözlərinə görə, onlar artıq Rusiya tərəfi ilə bütün lazımi danışıqları aparıblar.
Öz növbəsində “AvtoVAZ” 2019-cu ildən “Lada” avtomobillərinin tədarükü ilə bağlı İranla danışıqlar aparır.
oxu.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












