"Jeep Grand Cherokee" modelinin 30 illik yubileyini xüsusi versiya ilə qeyd edir

Jeep şirkəti Grand Cherokee modelinin 30 illik yubileyini xüsusi 30th Anniversary nəşrinin buraxılışı ilə qeyd edir. Yubiley seriyasından olan avtomobillər məhdud müddət ərzində yalnız Şimali Amerikada sifariş üçün əlçatan olacaqlar.
Xüsusi nəşrin fərqləndirici xüsusiyyətləri ofrouderin birinci nəsilini xatırladan antrasit rəngli 20-düymlük təkər diskləri, kuzov rəngində olan moldinqlər və təkər tağları, antixrom dəsti və xatirə nişanlarıdır. 30th Anniversary dəsti üçün əlavə ödəniş 4700 dollar təşkil edir.

30th Anniversary paketi yalnız bahalı Grand Cherokee 4xe hibridləri üçün nəzərdə tutulub. Belə ofrouderlər 2,0-litrlik benzin "turbodördlüyünə" və 8-pilləli "avtomata" quraşdırılmış elektrik mühərrikinə malikdirlər. Hibrid ofrouderlərin yürüş ehtiyatı 700 kilometrdir. Hibrid güc qurğusunun hasilatı 381 at qüvvəsi və 637 Nm təşkil edir.
Grand Cherokee 4xe 30th Anniversary hibridi ənənəvi olaraq mavi rəngli yedək qarmaqları ilə təchiz edilirlər. Yubily versiyasını arxa işıqları birləşdirən zolaq və beşinci qapıdakı xüsusi nişan sayəsində tanımaq olarr.


Məlum məsələdir ki, xüsusi versiya zəngin təchizata malikdir – baza opsiyaları siyahısına ikihissəli lyuk, havalandırılan ön oturacaqlar, qacetlər üçün simsiz doldurma meydançası, doqquz dinamikli səs sistemi və aktiv təhlükəsizlik sistemlərinin tam çeşidi daxildir. Jeep şirkəti yubiley seriyasından olan oforuderlərə sifarişi ilin sonuna qədər qəbul edəcəyini bildirib.
Grand Cherokee 4xe hibridinin baza versiyasının ABŞ bazarındakı satış qiyməti 58 095 dollardan başlayır və xüsusi buraxılış üçün tələb olunan əlavə 4 700 dollarlıq ödəniş ümumi qiymətin səkkiz faizinə bərabərdir. 30th Anniversary paketini digər paketlərlə birlikdə quraşdırıla bilməz. Xatırladaq ki, adi hibridləri Trailhawk yolsuzluq aksessuarları ilə təchiz etmək mümkündür.
autograph.az
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










