Kanadada bu avtomobillərin satışı qadağan ediləcək

Kanada on dörd ildən sonra daxili yanma mühərrikli yeni avtomobillərin satışından tamamilə imtina edəcək.
Bu barədə Kanadanın Ətraf Mühit Nazirliyindən bildirilib. Məlumata görə, nazirlik yeni minik avtomobillərinin satışına ciddi kvotaların müəyyən edilməsini nəzərdə tutan qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Yeni qanunverici çərçivələrə əsasən, 2026-cı ilə qədər Kanadada satılan yeni avtomobillərin az 20 faizi havaya zərərli tullantılar atmayan modellər olmalıdır. 2030-cu ilədək belə avtomobillərin payı 60 faizə, 2035-ci ilə qədər isə 100 faizə çatmalıdır.
Bundan başqa, Kanada hökuməti elektrik avtomobilləri üçün subsidiyaların müddətini uzadıb və enerji doldurma stansiyalarının sayını artırıb.
Benzin və dizellə işləyən avtomobillərin satışına məhdudiyyət qoyulması Baş nazir Castin Trüdonun seçkiqabağı vədlərindən biri olub. Kanadada atmosferə atılan bütün zərərli qazların dörddə biri nəqliyyat sektorunun payına düşür.
azertac
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












