Keşləni Babək prospekti ilə əlaqələndirən yolda təmir başladı - DEPUTAT

Nizami rayonu, Keşlə qəsəbəsinin sakinləri uzun illərdir ki, Babək prospekti ilə Keşlə qəsəbəsini əlaqələndirən döngədən marşrut avtobuslarının, eləcə də, sakinlərin şəxsi nəqliyyat vasitələrinin qəsəbəyə birbaşa və sərbəst girişi ilə bağlı problem yaşayırdılar. Hələ seçki öncəsi sakinlər bu məsələni diqqətimizə çatdırmış, biz də öz növbəmizdə məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi və bir sıra müvafiq yerli qurumlara müraciətlər etmişdik". Avtosfer.az xəbər verir ki, bunu Nizami rayonunun deputatı Könül Nurullayeva bildirib. Onun sözlərinə görə, sentyabrın 29-da Nizami rayonu Keşlə qəsəbəsində baş tutan canlı görüş zamanı sakinlərlə yolun hazırki vəziyyəti ilə bağlı yenidən müzakirələr aparıb: "Qərara aldıq ki, sözügedən məsələ ilə bağlı Baş Nazir Əli Əsədova müraciət edək.
Bu gün sevinclə qeyd etmək istəyirəm ki, Keşlə qəsəbəsi ilə Babək prospektini əlaqələndirən həmin yolda təmir-tikinti işləri artıq başlanıb və hal-hazırda uğurla davam etdirilir. Müraciətimizi tez bir zamanda qeydə aldığı üçün bütün aidiyyatı qurumlara dərin minnətdarlığımı bildirirəm. Nəzərinizə çatdırım ki, yolun bərpası nəqliyyat vasitələrinin qəsəbəyə sərbəst girişini təmin edəcək və yüzlərlə insanın gediş-gəliş problemini tamamilə aradan qaldıracaq.
Əziz Nizami rayon sakinləri,
Problemlərinizin həllində müsbət rol oynamaq mənim üçün çox xoşdur. Bu yolda da davamlı şəkildə əlimdən gələni əsirgəməyəcəm!"
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı


















