Koreya istehsalı olan “Jiquli” - FOTO

1970-ci ilin aprelində keçmiş SSRİ-də VAZ-2101 markalı avtomobilin istehsalına başlandı. Tarix də təsadüfi deyildi: Leninin anadan olmasının 100-cü ildönümü.
Avtosfer.az-ın xəbərinə görə, avtomobil “Fiat-124”ün bazasında hazırlanmışdı və dövrünə görə kifayət qədər yaxşı texnika idi. Lakin Sovet ittifaqı italiyalı konstruktorun maraq göstərdiyi yeganə ölkə deyildi.
Eyni ildə Koreya Respublikası (Cənub) da “Fiat-124”ün bazasında minik avtomobillərinin istehsalına başlayır. “Asia Motors” şirkəti birinci il cəmi 1737 avtomobil yığır. 1973-cü ilədək təxminən 7000 avtomobil yığılır. Lokallaşma səviyyəsi isə cəmi 30% idi.
1973-cü ildə şirkət daha müasir modellərin istehsalına keçir. 80-ci illərdə isə rebrendinq edərək “Kia” adını götürür. Bildiyimiz müasir koreyalı istehsalçı.
Qayıdaq SSRİ-yə. Həmin dövrdə Sovet İttifaqı Cənubi Koreyanı ümumiyyətlə dövlət olaraq tanımırdı. Hətta Azərbaycan Sovet Ensiklopediyasında da “Koreya Respublikası” məqaləsi KXDR məqaləsinin içindədir.
Sovet İttifaqı o zaman VAZ-la irəliyə doğru sıçrayış etsə də davamı gəlmədi. VAZ-2101 əslində “Fiat”ın Koreya, Hindistan və Türkiyədə istehsal edilən “surətlərindən” daha sanballı idi. Lakin, eyni modellərin konveyerdə on illərlə qalması markanı nüfuzdan saldı, mənəvi aşınmaya səbəb oldu.
İndi Rusiya üçün avtomobil istehsalı ciddi problemə çevrilib. Cənubi Koreya ilə bağlı məsələ isə hər kəsə məlumdur. Bir sözlə, kimin əvvəli, kimin axırı.
Vüqar Yaşaroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO















