"Lamborghini" 60 illik yubileyini yeni rekordla qeyd edir

60 illik yubileyini qeyd edən Lamborghini şirkəti yeni rekorda imza atıb. Ferruçço Lamborgininin 60 il bundan əvvəl qurduğu şirkət, bu gün 1000 at qüvvəli superkarları istehsal edir. Brend satış rekordları da qırmağa davam edir: 2022-ci ilin satış göstəricisi italyan markasının tarixindəki ən yaxşı göstərici olub. Bununla belə, Lamborghini bu əlamətdar tarixini daha bir rekordla qeyd etmək qərarına gəlib: Britaniyadakı Silverstoun avtodromunda müxtəlif istehsal ilinə malik olan 382 superkar toplaşıb.
Əvvəllər heç vaxt bu qədər Lamborghini modeli bir yerdə toplaşmayıb. Aventador, Gallardo, Urus, Miura və digər modellərin sahiblərinin təşrif buyurduğu görüş Silverstoun trekində keçirilib. Orada onları italyan brendinin rəhbəri Stefan Vinkelmann qarşılayıb, bundan sonra yüzlərlə superkar Britaniya Qran Prisinin keçirildiyi trekdə rekord yürüyüşünü həyata keçiriblər.
Vinkelmann 60 illik yubileyin əfsanəvi Silverstoun trekində qeyd edilməsi həm brendin özünə, həm də onun məhsullarının sahiblərinə və planet üzrə milyonlarla pərəstişkarına verilən qiymətin olduğunu qeyd edib.
Bu, həmçinin Böyük Britaniyada Aventador modelinin varisi olan Lamborghini Revuelto superhibridinin rəsmi təqdimatını keçirmək üçün əla fürsət olub. Avtodromda parlaq narıncı rəngli superkar nümayiş etdirilib. Lamborghini Revuelto modeli mart ayının sonunda debüt edib. Superhibrid tərkibinə 6,5-litrlik V12 mühərriki və üç elektromotor daxil olan 1015 at qüvvəli hibrid güc qurğusu ilə təchiz edilir. Superhibrid yerindən ilk “yüzlüyə” 2,5 saniyəyə sürətlənir.
Bu tədbirdə toplanmış 382 avtomobil Yaponiyada qeydə alınmış son rekordu böyük fərqlə yeniləyib. Martın əvvəlində italyan markasının yubileyini qeyd etmək istəyən Lamborghini sahibləri Suzuka avtodromunda 251 avtomobili toplamağa müvəffəq olublar. Bu tədbirdə Huracan superkarının Sterrato indeksli kross versiyasının Yaponiya premyerası keçirilib
autograph.az
Avropa avtomobillərinə rüsum tətbiqi təxirə salındı
Sovet Azərbaycanında müharibə dövrünün nömrə nişanları - FOTOLAR
Rusların uğursuz analoqları - FOTO
Hibrid avtomobil: Qazanc, yoxsa zərər?
Ən çox hansı şirkətlərin avtomobilləri geri çağrılır? - STATİSTİKA
Bu ölkədə sürücüsüz avtomobillər də CƏRİMƏLƏNƏCƏK - YENİ QAYDA
Sovet adamlarının avtomobilə baxışını dəyişdirən tarix
Antik avtomobillər bahalaşır – SƏBƏB - FOTOLAR
Bu şirkət Cənubi Koreya bazarını 2026-cı ildə bağlayacaq - RƏSMİ
1 milyard dollar xərc çəkilib, real nəticə yoxdur - FOTO
Dünyanın ən böyük avtomobil sərgisi öz işinə başladı - FOTO










