"Lexus TX" modeli altı yerlik salona malik olacaq

Lexus yeni TX krossoverinin interyerini nümayiş etdirib. Yeni Lexus modeli bazara bu ilin sonuna kimi çıxacaq və Toyota Grand Highlander krossoverinin yaxın qohumu olacaqdır. Lexus TX modelinin ilk tizeri bir neçə gün bundan əvvəl dərc olunub.
Lexus TX modeli Toyota Grand Highlander ilə TNGA-K platformasını paylaşılan premium krossover olacaqdır. Bu platforma köndələn yerləşən mühərriki, öndə MacPherson dayaqlarını və arxada çoxqollu asqını ehtiva edir.
Modelin əsas bazarı Amerika Birləşmiş Ştatları olacaqdır. Yapon istehsalçısı burada artıq üç əmtəə nişanını qeydə alıb: TX350, TX500h və TX550h+. Birinci indeks 2,4-litrlik turbomühərriki ilə təchiz edilmiş avtomobillərə, ikinci - Crown kross-sedanından götürülmüş Hybrid Max hibrid aqreqatına malik olan versiyaya, üçüncü isə, böyük ehtimalla, plagin hibridə verləcəkdir.
Yeniliyin premyerası iyunun 8-nə planlaşdırılıb. Hələlik, TX modelinin xarici və daxili görünüşünü yalnız bir neçə tizerlə qiymətləndirmək olar, lakin onlardan hansısa nəticəni əldə etmək şansı çox azdır.
Məsələn, tizerlərdə Grand Highlander kimi altıyerlik salonu (2 + 2 + 2), Mark Levinson səs sisteminin dinamikini və qeyri-adi qapı tutacaqlarını görmək olar. Krossoverin interyeri orijinal Toyota krossoverindən ciddi şəkildə fərqlənir və çox güman ki, Lexus TX modelinin görünüşü də özünəməxsus olacaqdır.
Yeni krossover yapon brendinin model çeşidində uzunbazalı RX L krossoverini əvəz edəcəkdir. Qeyri-rəsmi məlumatlara görə, ilkin TX350 krossoverinin qiyməti təxminən 50 min dollar olacaqdır. TX500h hibridi ilkin olaraq 65.000 dollar dəyərində qiymətləndirilirib. Ən güclü TX550h + versiyası isə 70 min dollardan baha olacaqdır.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












