Los Anceles 2022: altıncı nəsil Subaru Impreza hetçbeki debüt edib - FOTO

Avtodünya 21 Noyabr 2022 18:03 Oxunub 1080
Los Anceles 2022:  altıncı nəsil Subaru Impreza hetçbeki debüt edib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Subaru şirkəti Los-Anceles avtosalonunda Impreza modelinin yeni, altıncı nəslini nümayiş etdirib. Hetçbek təkmilləşdirilmiş SGP (Subaru Global Platform) platformasına əsaslanır və sələfindən daha sərt konstruksiyası ilə fərqlənir.

Əsas yenilik isə, yenidən canlandırılmış Impreza RS versiyasında quraşdırılan  2,5-litrlik aqreqatın mühərrik çeşidinə daxil edilməsidir . Ötürmələr qutusu yalnız Lineartronic variatorudur. Amerika bazarında satılan Impreza mexaniki transmissiyadan məhrum edilib.

 

Subaru Impreza 1992-ci ildə istehsal olunur və son illərdə modelin Amerika bazarındakı satışları ciddi şəkildə azalıb: 2017-ci ildə 86 minə Impreza alan amerikalılar, 2020 və 2021-ci illərdə 30-40 min avtomobil alıblar.

Altıncı nəslin gəlişi ilə Impreza modelinə maraq arta bilər - bunun üçün Subaru əvvəllər yalnız "böyük" modellərdə quraşdırılan 185 at qüvvəli 2,5-litrlik mühərrik ilə hərəkətə gələn "bərkgedən" Impreza RS versiyasını model çeşidinə qaytarıb.

Dizaynda baş vermiş dəyişikliklər təkmilləşdirilmiş LED optika və radiator barmaqlığının yeni formasından ibarətdir. İnteryer isə WRX və Levorg modellərinin üslubunda tərtib edilib. Yeni Impreza virtual cihazlar panelini əldə etməsə də, onun top versiyalarında diaqonalı 11,6 düym (bazada - yeddi düymlük) olan şaquli planşet quraşdırılır.

Bundan başqa, avadanlıqlar siyahısına yoldakı obyektləri daha effektiv şəkildə aşkar edən yeni nəsil EyeSight sistemi də daxildir. Bahalı versiyalarda 10-dinamikli Harman/Kardon səs sistemi quraşdırır.

Baza mühərriki 154 at qüvvəli 2,0-litrlik oppozit mühərrikidir, 2,5-litrlik mühərrik isə alternativdir. Ötürmə - hər iki oxadır. Yeniliklər arasında standart əyləclərdən istifadə edən dartma vektoruna nəzarət sistemi var. Sport və RS versiyaları bir neçə idarəetmə rejiminə malik SI-Drive sistemi ilə təchiz edilirlər.

ABŞ-da yeni Subaru Impreza modelinin satışlarına 2023-cü ilin yazında başlanacaqdır. Daha sonra Subaru digər bazarlar üçün nəzərdə tutulmuş Impreza modellərinin xüsusiyyətlərini açıqlayacaqdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh