Lüksemburqda pulsuz ictimai nəqliyyat: 3 ildə nə dəyişib? - FOTOLAR

3 il əvvəl Lüksemburq Hersoqluğu Avropa İttifaqında bir ilkə imza atdı. 650 000 nəfər əhalisi olan ölkədə bütün ictimai nəqliyyat növləri pulsuz oldu. Avropa İttifaqına üzv ölkələrdə pulsuz ictimai nəqliyyat təcrübəsi olsa da, bu, bütün ölkəni əhatə etmirdi.
Ekspertlərin qənaətinə görə, nəqliyyat pulsuz olması şəxsi avtomobilə marağı azaltmayıb. Bu maraq həm adambaşına düşən maşın sayında, həm də gündəlik nəqliyyat intenseivliyində özünü göstərir. Avrostatın məlumatına görə, hersoqluqda hər min nəfərə 681 minik avtomobili düşür. Bu göstəriciyə görə ölkə cəmi 6 avtomobil fərqi ilə yalnız Polşadan geri qalır.
Hökumət ictimai nəqliyyat 800 milyon avro investisiya cəlb etdiyini deyir. Bura tramvaya ən çox investisiya qoyan ölkədir. Hersoqluqda relsli nəqliyyata qoyulan illik xərc adambaşına 500 avrodur. Ekspertlərin fikrincə, buna səbəb əvvəlki illərdə sözügedən sahəyə ciddi diqqət ayrılmamasıdır. İndi isə əvvəlki dövrdəki zəif sərmayə qoyuluşunun əvəzini çıxmaq vaxtıdır.
İnvestisiya təkcə tramvayı əhatə etmir. Dəmir yol sistemi müasirləşdirilib, avtobuslar üçün paytaxtda xüsusi yollar ayrılıb. Məqsəd əhalini ictimai nəqliyyata yönəltməkdir. Yerli əhali kütləvi şəkildə ictimai nəqliyyata meyl etməsə də, son vaxtlar belə bir tendensiya müşahidə olunur: tıxac vaxtı insanlar gecikməmək üçün tramvaya yönəlir.
Məsələnin başqa tərəfi əcnəbi işçilərlə bağlıdır. Hər gün təkcə Fransadan bura 120 000 nəfər işləməyə gəlir. Almaniya və Belçikadan gələnlərin də sayı az deyil. Onlar üçün nəqliyyat pulsuz olmadığından şəxsi avtomobillərdən daha çox istifadə edilir.
İndi Lüksemburq hökuməti Fransa ilə sərhəddə böyük parkinq tikməyi və paytaxta istiqamətinə dəmir yolu xətti çəkməyi planlaşdırır. Son məqsəd ölkədə nəqliyyat intensivliyini azaltmaqdır.
Vüqar Yaşaroğlu
Avropa avtomobillərinə rüsum tətbiqi təxirə salındı
Sovet Azərbaycanında müharibə dövrünün nömrə nişanları - FOTOLAR
Rusların uğursuz analoqları - FOTO
Hibrid avtomobil: Qazanc, yoxsa zərər?
Ən çox hansı şirkətlərin avtomobilləri geri çağrılır? - STATİSTİKA
Bu ölkədə sürücüsüz avtomobillər də CƏRİMƏLƏNƏCƏK - YENİ QAYDA
Sovet adamlarının avtomobilə baxışını dəyişdirən tarix
Antik avtomobillər bahalaşır – SƏBƏB - FOTOLAR
Bu şirkət Cənubi Koreya bazarını 2026-cı ildə bağlayacaq - RƏSMİ
1 milyard dollar xərc çəkilib, real nəticə yoxdur - FOTO
Dünyanın ən böyük avtomobil sərgisi öz işinə başladı - FOTO













