"Maserati GranTurismo" modeli üç versiyada debüt edib - FOTO

Maserati şirkəti iki il yarım bundan əvvəl birinci nəsil GranTurismo modelini istefaya göndərib. Adətən bir modelin istefaya göndərilməsi onun varisinin təqdimatı ilə müşayət olunur. Lakin Maserati şirkəti GranTurismo modeli üçün başqa ssenari hazırlayıbmış.
Budur, bu gün, bu modelin ikinci nəsli debüt edir. Üstəlik, bu, yeni modelin tam hüquqlu təqdimatı deyil, çünki italyan istehsalçısı yeni avtomobilin interyerini və satış qiymətlərini açıqlamayıb. Bunun əvəzinə italyanlar prisipcə iki fərqli versiya haqqında məlumat veriblər. Birincisi model V6 Nettuno mühərriki olan klassik idman avtomobili, ikincisi isə üç mühərrikli elektrik avtomobilidir.


Nəsil dəyişdirən Maserati GranTurismo ailəsinin V8 mühərriki ilə vidalaşacağı və yeni V6 Nettuno mühərrikinə keçəcəyi çoxdan məlum idi. 3,0-litrlik Nettuno turbomühərriki artıq MC20 superkarında və Grecale krossoverində quraşdırılır: birinci halda o, 630 at qüvvəsi və 730 Nm fırlanma anı, ikinci halda isə 530 at qüvvəsi və 620 Nm fırlanma anı hasil edir.
GranTurismo modelində bu aqreqat iki güc variantda quraşdırılr: Modena versiyasında mühərrik 496 at qüvvəsi və 600 Nm, ən yüksək səviyyəli Trofeo variantında isə 558 at qüvvəsi və 650 Nm hasil edir.


Yeni GranTurismo modelinin dinamik xüsusiyyətləri də açıqlanıb: GranTurismo Modena versiyası 100 km/saat həddini 3,9 saniyəyə toplayır və maksimal 302 km/saata qədər sürətlənir. Daha güclü GranTurismo Trofeo ilk “yüzlüyə” sürətlənməyə 3,5 saniyə sərf edir. Bu versiyanın maksimal sürət həddi 320 km/saat həddində məhdudlaşdırılıb.
Modelin elektrik modifikasiyası Folgore indeksini alıb və o adi modeldən radiator barmaqlığının tərtibatı və ön bamper dizaynı ilə seçilir. Elektrik versiyasını üç 300 kilovatlıq üç elektrik mühərriki hərəkətə gətirir – mühərriklərdən biri öndə, ikisi isə arxada yerləşir. Üçmühərrikli qurğunun ümumi hasilatı 762 at qüvvəsi və 1350 Nm fırlanma anı təşkil edir. Mühərriklər tutumu 92,5 kilovat-saat olan 800 voltluq batareyadan qidalanırlar.


Elektromobil 100 km/saat həddinə 2,7 saniyəyə sürətlənir ki, bu ən güclü GranTurismo Trofeo versiyasınən müvafiq göstəricisindən 0,8 saniyəyə azdır. GranTurismo Folgore modelinin maksimal sürəti də 320 km/saat həddinə məhdudlaşdırılıb.
Daha əvvəl bildirilmişdi ki, V6 mühərrikli GranTurismo Maserati-nin benzin mühərrikli sonuncu kütləvi superkarı ola bilər, belə ki, İtaliya şirkəti 2030-cu ilə qədər tamamilə elektromobillərə keçməlidir.
autograph.az
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər











