"Maserati V8" mühərrikilə "Ghibli" və "Levante" modellərinin xüsusi versiyaları ilə vidalaşır

Maserati şirkəti Ghibli və Levante modellərinin Ultima vida versiyasını hazırlayıb. İtalyan avtomobil istehsalçısı Folgore elektromobillər xəttini fəal şəkildə inkişaf etdirir, ona görə də Maserati model çeşidindəki daxili yanma mühərrikləri öz yerilərini tədricən elektrik güc qurğularına verirlər. Əgər yeni firma V6 mühərriki öz həyat dövrünə təzəcə başlayırsa, şirkət artıq V8 mühərrikindən imtina edir – belə mühərriki olan modellərin istehsalı 2023-cü ilin sonunda başa çatmalıdır. Vida variantları Ghibli Trofeo sedanı və Levante Trofeo krossoverinə əsaslanacaqlar.
V8 mühərrikli Maserati avtomobillərinin tarixi 1959-cu ildə Maserati 5000GT modelinin buraxılması ilə başlayıb. Son illərdə isə, şirkət Ferrari tərəfindən istehsal olunan aqreqatlardan istifadə edib. 3,8-litrlik mühərriklərin tədarükü üçün müqavilə 2023-cü ildə başa çatır və bu, V8 mühərrikli Maserati avtomobillərinin istehsalının başa çatması deməkdir. İyul ayında Qudvud Sürət Festivalında, Trofeo paketinə əsaslanan xüsusi vida versiyaları - Ghibli 334 Ultima və Levante V8 Ultima modelləri nümayiş etdiriləcəklər.
Trofeo spesifikasiyalı Levante, Ghibli və Quattroporte modellərinin istehsalı 2023-cü ilin sonunda dayandırılacaq, lakin 2024-cü ilə qədər satışda qalacaqlar. Bundan sonra bazarda yalnız 3,0-litrlik V6 mühərriki və elektrik güc qurğusu ilə təchiz edilə versiyalar qalacaqlar.
Maserati öz tarixindəki bütöv bir dövrün başa çatması münasibəti ilə, həmçinin yeganə nüsxədə inşa edilmiş Levante Zeda, Ghibli Zeda və Quattroporte Zeda modellərini də təqdim edib. Avtomobillər xüsusi kuzov dekoruna sahib olublar - ön hissədəki parlaq mavi rəng əvvəlcə tünd boz rəngə, sonra isə arxadakı tutqun ağ rəngə keçir. Bu avtomobillər həmcinin Trofeo versiyasının istehsalının başa çatması şərəfinə buraxılmış şou avtomobilləri olublar.
autograph.az
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












