"Mercedes-Benz B-Class" mikroveni də yenilənib - FOTO
Mercedes-Benz şirkəti yenilənmiş A-Class ilə birlikdə yenilənmiş B-Class mikrovenini də təqdim edib. Xırda nüanslar istisna olmaqla, eyni platformanı bölüşən modellərin yenilənməsi eyni sxem üzrə həyata keçirilib. Hətta modifikasiya çeşidinin azaldılması da mikrovenə eyni dərəcədə təsir edib. Böyük ehtimalla, bu həm A-Class, həm də B-Class modellərinin tarixindəki sonuncu yeninəlmədir: artıq onların yeni nəsli olmayacaqdır.
Zahiri cəhətdən yenilənmiş B-Class modelini yeni bamperlər və radiator barmaqlığı sayəsində tanımaq olar. Sadə versiyalarda barmaqlıda iki xrom çubuun əvəzinə biri və qara rəngli şaquli çubuqlar var.
AMG paketi olan avtomobillər isə, kiçik üçşüalı ulduz şəklində hüceyrələri olan barmaqlıq ilə seçirilirlər. Çeşiddə yeni təkər diskləri peyda olub. LED fənərlərin içalatı bir qədər dəyişdirilib, lakin onlar əvvəlki kimi əlavə ödəniş qarşılığında təklif olunurlar. Sadə versiyalarda isə halogenlər quraşdırılır. Naxışları dəyişdirilmiş LED arxa fənərlər isə, artıq mikrovenin baza təchizatına daxildir.
İnteryerdəki dəyişikliklər cüzidir. Yeni standart sükan çarxında yalnız sensorlu düymələrə var. AMG paketinə malik avtomobillərdə isə, böyük modellərdəki kimi ikiqollu sükan quraşdırılıb və yalnız bu halda onun çarxının qızdırılmasını sifariş etmək olar. Baza təchzatı genişləndirilib – mikrovenin avadanlıq siyahısına arxa görüntü kamerası və əlavə USB konnektorları daxil edilib.
MBUX media sistemi təkmilləşdirilib: yeni qrafika, təkmilləşdirilmiş səs köməkçisi və sürücülərin tanınması üçün barmaq izi sensoru peyda olub. Mərkəzi tuneldə yerləşən əlavə trekpad yığışdırılıb. Təkrar emal edilmiş materiallardan hazırlananlar da daxil olmaqla, yeni üzlük variantları təklif edilirlar. İstehsalı asanlaşdırmaq üçün bir çox opsiyalar paketlərdə toplanıblar və artıq onlar ayrıca sifariş etmək mümkün deyil.
Mexaniki transmissiyadan da imtina olunub. İndi B-Class modelləri standart olaraq yeddi və ya səkkiz pilləli (mühərrikdən asılı olaraq) preselektiv "robot" ilə təchiz edilirlər. Ən sadə Mercedes-Benz B 160 (109 at qüvvəsi) modifikasiyası da çeşiddən çıxarılıb. Qalan benzin versiyaları ötürmə növünə görə ciddi şəkildə bölünüblər: B 180 (136 at qüvvəsi) və B 200 (163 at qüvvəsi) modifikasiyaları 1,3-litrlik turbomühərrikə və ön ötürməyə malikdirlər.
2,0-litrlik mühərrikləri olan B 220 (190 at qüvvəsi) və B 250 (224 at qüvvəsi) modifikasiyaları isə yalnız 4Matic tam ötürmə sistemi ilə təklif olunurlar. Bundan əlavə, bütün benzin mühərrikləri hərəkətə başlayarkən əlavə 14 at qüvvəsini təmin edən 48 voltluq starter-generatorla təchiz edilirlər.
1,5-litrlik turbodizel iki il əvvəl mühərrik çeşidindən çıxarılıb. 2,0-litrlik dizel mühərriki olan avtomobillər isə, tam ötürmədən məhrum ediliblər. B 180 d (116 at qüvvəsi), B 200 d (150 at qüvvəsi) və B 220 d (190 at qüvvəsi) sedan və hetçbekləri indi yalnız ön ötürmə ilə əlçatandırlar.
Mercedes-Benz B 250 e plagin hibridinin güc qurğusu əvvəlki kimi 218 at qüvvəsi və 450 Nm hasil edir, lakin hər iki mühərrikin xarakteristikaları dəyişdirilib. 1,3-litrlik benzin turbomühərrikinin gücü 160-dan 163 at qüvvəsinə, fırlanma anı isə 250-dən 270 Nm-ə qədər, elektrik mühərrikinin gücü isə 102-dən 109 at qüvvəsinə qədər artırılıb. Eelektromotorun fırlanma anı dəyişməyib - 300 Nm.
Dartma akkumulyatorunun nominal tutumu (15,6 kVt/saat) dəyişməyib, lakin effektiv tutum artırılıb, buna baxmayaq, elektrik rejimindəki maksimal yürüş məsafəsinə (77 kilometr) təsir etməyib. Nəhayət, dəyişən cərəyanlı yükləmə cihazının gücü 7,4-dan 11 kilovata qədər artırılıb.
Yenilənmiş B-Class cari ilin sonuna qədər Avropa bazarında satışa çıxmalıdır. Daha sonra bənzər yenilnmədən CLA, GLA və GLB modelləri də keçəcəklər. Özü də bu modellərin hamısı model xəttində qalacaqlar. Onların növbəti nəsli isə yeni MMA platformasında inşa olunacaqlar.
autograph.az